Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:09

Talibançılar yaşayış kompleksinə hücum ediblər, ölənlər var


Əfqanıstanın şimalında yaraqlılar müxtəlif ölkələri təmsil edən, humanitar fəaliyyət proqramlarının həyata keçirilməsi ilə məşğul olan mülki mütəxəssislərin yaşadığı yaşayış kompleksinə hücum ediblər.

Qunduz əyaləti rəhbərliyinin verdiyi məlumata görə, bir əfqan polisi, Almaniyanın təhlükəsizlik firmasının bir əməkdaşı və qarovulçusu öldürülüb. 20-yə yaxın adam yaralanıb.

Hücumda azı 4 intiharçının iştirak etdiyi bildirilir. Onlardan ikisi binanın girişində partlayış törədiblər.

Hadisəyə görə məsuliyyəti talibançılar üstlərinə götürüblər.

XS
SM
MD
LG