Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:25

Pakistanda partlayış olub, 40-dan çox adam ölüb


Pakistanın şərqindəki Lahor şəhərində iki intiharçının sufi məscidində törətdiyi partlayışlar nəticəsində 40-dan çox adam ölüb, azı 120 nəfər yaralanıb.

Partlayış zamanı yüzlərlə sufi ibadətə toplaşıbmış. Hadisəyə görə məsuliyyəti hələlik heç bir terrorçu təşkilat üzərinə götürməyib.

Son vaxtlar Əl-Qaidə və Taliban yaraqlıları beynəlxalq hərbi qüvvələrin onların Əfqanıstanla sərhəddəki mövqelərinə qarşı keçirilən əməliyyatlarına cavab olaraq terror hücumlarını artırıblar.

XS
SM
MD
LG