Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:21

Rusiya-Belarus və Qazaxıstan arasında yeni gömrük qaydaları qüvvəyə minib


İyulun 1-dən Rusiya-Belarus və Qazaxıstan gömrük ittifaqında yeni kodeks qüvvəyə minib.

Sənəd bu ölkələr arasında mal mübadiləsini sadələşdirir.

Son dəqiqələrədək Belarusun gömrük kodeksini imzalaması bəlli deyildi.

Amma “RİA Novosti” agentliyi Belarus parlamentindəki mənbələrə istinadla sənədin qapalı iclasda imzalandığını xəbər verir.

Bu məlumat hələlik rəsmi dairələr tərəfindən təsdiq olunmayıb.

XS
SM
MD
LG