Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:50

Parisi görüm, sonra ölüm?


Paris şəhəri, 2007
Paris şəhəri, 2007
Yox, deyəsən yaşı bilinməyən bu ifadənin doğruluğuna şübhə etmək zamanı yetişib.

Pravda.Ru saytının yazdığına görə, «Parisi görüm, sonra ölüm» deyimini unutmağın vaxtı çatıb. Çünki şəhərlər-şəhəri Paris turistlərin diqqətini artıq əvvəlki kimi çəkmir.

European Cities Marketing (ECM) kompaniyasının mütəxəssisləri Avropa şəhərlərindən hansının qoynuna daha çox turist topladığını araşdırıb. Nəticə gözlənilməz olub.

DÜNYANIN MODA PAYTAXTI LONDONA UDUZUB

ESM-in ekspertləri bu nəticəyə şəhərlərdə yerləşən otellərin yüklənməsinin analizindən sonra gəliblər.

Məlum olub ki, ildə London otellərində 45 milyon adam gecələyib.

Parisdə bu rəqəm 39,9 milyon olub.

Üçüncü yeri götürən Berlində cəmi 18,9 milyon adam «yatıb».

Roma Berlindən çox da uzaq düşməyib -18,6 milyon qonaq...

İtaliyanın paytaxtı özündən sonrakı yeri İspaniyanın baş şəhərinə verib. Madriddə 13,7 milyon qonaq qalıb.

Sonrakı yerlər belə bölünüb:

Barselona--12,8 milyon qonaq

Praqa—11,2 milyon

Vyana—10,5 milyon

Münhen—9,9 milyon.

Amsterdam—8,6 milyon

AHH, BU BÖHRAN!

Ekspertlərin fikrinə görə, ötən il Avropa turizmi iqtisadi böhranın təsirində olub. Hətta həmişə ilk onluqda olan şəhərlər belə qonaqların sayından korluq çəkiblər.

Ən çox qonaqsız qalan şəhər Praqa sayılıb. Bu şəhərə turist axını 8% azalıb. London 6%, Vyana isə 4% turist itirib.

Əvəzində, onluqda olan 3 şəhərdə artım müşahidə olunub. Berlin 6,3%, Amsterdam 3%, Münhen isə 0,6% çox turist qəbul edib.

BU İL DƏ QONAQSIZLIĞA ÖYRƏŞMƏK LAZIM GƏLƏCƏK

Vəziyyəti araşdıran analitiklər belə söyləyib. Onların fikrincə, 2010-cu ildən xüsusi dəyişikliklər gözləməyə dəyməz. Amma vəziyyətin yaxşılaşmasına ümid verən siqnallar var. Məsələn, Avropanın bir çox şəhərlərində turist xidmətlərinin təzədən bərpasına yönələn tədbirlər başqa təsərrüfat sahələrinə olan diqqətdən daha qabarıq görünür.

ÖZGƏLƏR, ÖZÜNÜNKÜLƏR?


Daha bir amma. Ekspertlər güman edirlər ki, Avropanın əsas şəhərlərində turizm «özgələrdən» –gələnlərdən daha çox, «özününkülərin» - yerlilərin hesabına genişlənəcək.

Ekspertlər 101 şəhərin turist həyatını araşdırıblar. Onların arasında Bakının olub-olmadığını öyrənmək mümkün olmadı. Çünki xidmət pulludur. Şəhərlərin tam siyahısını öyrənmək üçün nə az, nə çox - düz 990 avro ödəməlisən.
XS
SM
MD
LG