Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:29
«Mercer» təşkilatı ənənəvi illik şəhərlərdə yaşam qiymətləri cədvəlini açıqlayıb. Təşkilat ümumilikdə 214 şəhər üzrə araşdırmalar aparıb, amma siyahıda 141 şəhər var.

Ərzaq, geyim, gündəlik tələbat malları və əyləncə imkanlarının qiymətlərini əmək haqlarıyla müqayisəsiylə reytinq cədvəli tərtib olunub. Etalon kimi bir şəhər seçilib və digər şəhərlərdəki qiymətlər bu şəhərlə – Nyu Yorkla müqayisə edilib.

İLK 5-LİKDƏ 2 AFRİKA ŞƏHƏRİ


Nəticədə, dünyanın ən bahalı şəhəri Afrikadakı Anqolanın paytaxtı Luanda olub.

İkinci yerdə Tokyo, 3-cü yerdə isə yenə Afrikadan Çad-ın paytaxtı Ncamena var. Moksva 4-cü, Cenevrə 5-ci yerdədir.

İlk onluqda ümumilikdə Afrikadan 3, Asiyadan 3, və Avropadan 4 şəhər yer alıb.

Ənənəvi bahalı şəhərlərdən Tokyo 2, Moskva 4, Oslo 11, Milan 15, London 17, Paris 18, Nyu York 27, Vyana 28-ci sırada yer alıb.

BAKI 36-CI SIRADA


Dünyanın ən bahalı şəhərləri sırasında Bakı 36-cı sırada yer alıb.

İnkişaf etmiş şəhərlərdən Afina, İstanbul, Praqa, Barselona, Madrid, Brüssel, Dubay, Los-Anceles, Münhen, Berlin, Stokholm, Çikaqo, San-Fransisko, Mayami, Vaşinqton kimi şəhərlər bahalıqda Bakıya çata bilməyib.

«Mercer»in siyahısı ilə burada tanış olun.

MÖVZUNU BURADA ŞƏRH EDİN

Günün bütün mövzuları

XS
SM
MD
LG