Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:05
Belçikanın Avropa Birliyindəki nümayəndəliyi 50 Avropa ölkəsindən gənclər işi üzrə yüzlərlə mütəxəssisi iyulun əvvəlində Ghent şəhərinə toplayacaq.
Onlar birlikdə gənclərlə bağlı bəyannamə hazırlayacaqlar.

Bəyannamə 2010-cu ilin noyabr ayında Avropa Şurası Gənclər Nazirlərinə təqdim ediləcək.

Gənclər işinin tarixi və gənclər siyasəti barədə konfrans adlanan bu tədbir iyulun 5-7-də baş tutacaq.

Konfransda gənclər sahəsindəki tədqiqatçılar və ekspertlər Avropada gənclər işi və siyasətinin tarixi və müxtəliflik məsələlərindən danışacaqlar.

«İlk Avropa Gənclər İşi Konvensiyası» isə iyulun 7-10-da müzakirə ediləcək.

Müzakirədə gənclərlə işin xüsusiyyətləri, müsbət keyfiyyətləri, gənclərin ehtiyacları və cəmiyyətə töhfələrinə toxunulacaq.
XS
SM
MD
LG