Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:35

ABŞ konqresmenləri Əfqanıstana yardımı azaltmağa qərar verib


ABŞ-ın Nümayəndələr Palatasının komitəsi Əfqanıstana yardımı 4 milyard dollar azaltmağa səs verib. Konqresmenlər Əfqanıstanda korrupsiyanın artmasından narahatdır.

Bundan əvvəl «Washington Post» qəzeti yazıb ki, Əfqanıstanın bəzi hökumət rəsmiləri milyonlarla dollarlıq yardımı xaricə göndərir və hökumət siyasi müttəfiqlərinin korrupsiya əməllərinə göz yumur.

Gözlənilir ki, xeyriyyə yardımlarına və Əfqanıstanda hərbi əməliyyatların dəstəklənməsinə ayrılan vəsait azaldılmayacaq.
XS
SM
MD
LG