Keçid linkləri

Təcili xəbərlər

Gəncədə ilk dəfə olaraq ali məktəblərə imtahan keçiriləcək


İmtahanlara hazırlığın vəziyyəti ilə əlaqədar Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Gəncə regional bölməsinin baş məsləhəçisi Nəsimi Məmmədov AzərTAc-a deyib ki, iyulun 11-də birinci ixtisas qrupu üzrə Gəncədə qəbul imtahanlarının keçiriləcəyi binalar müəyyənləşdirilib, imtahan nəzarətçilərinin tərkibi təsdiq edilib.

Məsləhətçinin dediyinə görə, imtahanlarda iştirak edəcək nəzarətçilər üçün bir qədər əvvəl seminar təşkil olunub, onların sınaq imtahanlarında iştirakı təmin edilməklə, bu sahədə təcrübə toplamalarına imkan yaradılıb.

Gəncədə keçiriləcək test imtahanlarında 6 min 800 nəfərədək abituriyent iştirak edəcək.
XS
SM
MD
LG