Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:53

«Avro-2» standartına cavab verməyən avtomobillər Azərbaycana girə bilməyəcək


İyulun 1-dən «Avro-2» standartına cavab verməyən avtomobillərin Azərbaycana idxalına qadağa qoyulur.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirilib ki, yeni standartlar yeni avtomobillərə və hansısa dövlətdə müəyyən dövr istismar olunub ölkəyə gətirilən avtomobillərə şamil olunacaq.

Azərbaycanda daimi yaşayan fiziki şəxslər və fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən bu standartın qüvvəyə minməsindən əvvəl (01.07.2010-cu il tarixindən əvvəl) alınan, ölkədə istismar olunan, ölkə ərazisindən kənara çıxarılan və sonradan yenidən gətirilən avtonəqliyyat vasitələrinə və nadir avtomobil vasitələrinə isə bu qaydalar aid edilməyəcək.
XS
SM
MD
LG