Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:54

Azərbaycan 2012-ci ildən rəqəmsal televiziyaya keçəcək


Azərbaycan rəqəmsal televiziyaya 2012-ci ildən keçəcək. Bununla bağlı təkliflər hazırlanır.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib ki, bu sistemə keçid keyfiyyəti artırmaqla yanaşı, yeni xidmətlərin göstərilməsinə şərait yaradacaq, teleradio şirkətlərinin işlərinin qurulmasında böyük rol oynayacaq:

«Televiziya və radio şirkətlərinin reklamdan başqa gəlir yerləri olmadığı halda, bu texnologiyanın tətbiqi onlara yeni xidmətlər təklif edəcək. Onlar elektron kommersiya, rabitə və informasiya xidmətləri göstərə, həmçinin əhali arasında yeni elektron sövdələşmə apara, onların fikirlərini öyrənə biləcəklər. Bu texnologiya ödənişli video verilişlərin, filmlərin verilməsinə imkan yaradacaq».
XS
SM
MD
LG