Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:36
CNN televiziyasının efirində 25 ildən çoxdur ki yayımlanan «Lari Kinqlə Canlı» («Larry King Live») şou proqramı bu payızdan ekranlarda olmayacaq. 76 yaşı olan aparıcı Larry King qərarını ailəsiylə daha çox vaxt keçirmək istəyi ilə izah edib.

Ailəsi deyəndə - daha dəqiq- 7-ci həyat yoldaşıyla. Larry King-in 7-ci həyat yoldaşı bu ilin aprel ayında məşhur aparıcının işinə həddindən artıq vaxt sərf elədiyi üçün ondan boşanmaq üçün ərzidə vermişdi. Amma King ekrandan getmək bahasına da olsa xanımını fikrindən daşındıra bilib.

«Larry King Live» proqramı Ginnesin rekordlar kitabına da düşüb. Çünki dünya televiziyalarında 25 ildən çox eyni vaxtda, həftədə 5 gün gecə satlarında yayımlanan və populyarlığını qoruyan başqa bir proqram yoxdur.

Larry King bu müddət ərzində 40 mindən çox qonağıyla canlı müsahibə gerçəkləşdirib. Proqramın nə qədər populyar olduğunu nümayiş etdirmək üçün təkcə bir faktı xatırlatmaq yetər. ABŞ-ın 38-ci prezidenti Cerald Forddan (1974-1977) başlayaraq bütün prezidentlər vəzifədə olduqları zaman Larry King-in qonağı olublar.

Son vaxtlar proqramın reytinqi rəqibləriylə müqayisədə düşsə də, CNN Larry King-in verilişi bağlanandan sonra da kanalda qalacağını bəyan edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG