Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:17

Emin Milli jurnalistlərə müsahibə vermək istəməyib


Atasının yas mərasimində iştirak edən məhbus bloqçu Emin Milli orda olan jurnalistlərə müsahibə vermək istəməyib. AzadlıqRadiosunun yas mərasimində olan əməkdaşı bildirir ki, Emin Milli müsahibə verməməsini öz istəyilə izah edib, bununla bağlı hər hansı xüsusi tapşırıq olmadığını söyləyib.

O, əməkdaşımızla söhbətində saxlanma şəraitindən razı olduğunu, gününü əsasən kitab oxumaqla keçirdiyini deyib.

Emin Milliyə nəzarət olunmur, o, sərbəst gəzib-dolaşır. Ancaq ona yalnız Neftçalada olmağa icazə verilib, məzuniyyətdə olduğu müddətdə Bakıya gəlməyə ixtiyarı yoxdur.

Emin Milli atasının üç mərasimindən sonra saxlandığı 5 saylı Cəzaçəkmə Müəssisəsinə dönəcək.

Emin Millinin atası Paşa Abdullayev iyunun 29-da 75 yaşında vəfat edib. O, Neftçala rayonunun Oryat kəndində dəfn olunub.
XS
SM
MD
LG