Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:06

Almaniyada prezident ikinci mərhələdən sonra bəlli olacaq


Almaniyada prezidentliyə namizədlərdən heç biri birinci mərhələdə lazım olan səsi yığa bilməyib.

Hakim koalisiyanın namizədi Kristian Vulf birinci mərhələdə lazım olan səs çoxluğunu toplaya bilməyib.

O 1244 səsdən 600-nü toplaya bilib.

Şərqi Almaniyadan olan müxalifətin namizədi Yoaxim Qauk isə 499 səs toplayıb.

İkinci mərhələnin nəticələri günün sonunda bəlli olmalıdır.

50 yaşlı Kristian Vulf Aşağı Saksoniya torpağının qubernatoru, 70 yaşlı Yoaxim Qauk isə keçmiş disidentdir.

Ölkə konstitusiyasına görə prezidenti deputatlar və 16 federal torpağın nümayəndələrindən ibarət xüsusi komissiya seçir.

Əvvəlki prezident Hors Keller bir ay bundan əvvəl istefaya gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG