Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:23

Otunbayeva iyulun 3-dən prezident kimi fəaliyyətə başlayacaq


Qırğızıstandakı müvəqqəti hökumətin lideri Roza Otunbayeva iyulun 3-dən prezident kimi rəsmi fəaliyyətə başlayacaq.

Yeni konstitusiyaya görə keçid dövrü, 2011-ci ilin sonunadək ölkəyə Otunbayeva rəhbərlik edəcək.

Referendumun rəsmi nəticələrindən sonra Otunbayevanın andiçmə mərasimi keçiriləcək.

İlkin məlumata görə referendumda iştirak edənlərin böyük əksəriyəti yeni konstitusiyanı dəstəkləyib.

Yeni konstitusiyada ölkənin prezident üsul idarəsindən parlament üsul idarəsinə keçməsi nəzərdə tutulur.

Parlament seçkilərinin oktyabrın 10-da keçiriləcəyi gözlənilir.




Günün bütün mövzuları

XS
SM
MD
LG