Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:15

Həmsədrlər Bakıya iyulun 5-də gələcəklər


ATƏT-in Minsk Qrupunun həmsədrləri iyulun 5-də Bakıya gələcəklər.

Həmsədrlər Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya), Bernar Fasie (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik regiona səfərlərini Yerevandan başlayacaqlar.

Səfərdə məqsəd Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yeni görüşünə hazırlıq görməkdir.

Xatırladaq ki, nazirlərin bu görüşü ATƏT ölkələri xarici işlər nazirlərinin iyulun 16-17-də Almatıda keçiriləcək qeyri-formal toplantısı çərçivəsində təşkil olunacaq.

Həmsədrlərin regiona səfəri ABŞ dövlət katibi Hillari Klintonun regiona səfəri ilə eyni vaxta düşdüyündən dövlət katibinin vasitəçilərlə də görüşəcəyi istisna olunmur.



Günün bütün mövzuları

XS
SM
MD
LG