Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:32

Azərbaycan və Bolqarıstan prezidentlərinin görüşü olub


Bolqarıstan prezidenti Georgi Pırvanov Azərbaycanda səfərdədir. İyunun 30-da Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstan prezidenti Georgi Pırvanovun görüşü olub.

Bolqarıstan prezidentinin səfəri rəsmi xarakterlidir və iki gün çəkəcək. Səfər Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə gerçəkləşir.

Bolqarıstan prezidenti Bakıda aparacağı danışıqlarda Azərbaycan tərəfi ilə enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edir. Diqqət mərkəzində olacaq əsas məsələlərdən biri iki ölkənin iştirakı ilə strateji enerji layihələrinin hazırlanması və həyata keçirilməsidir.
XS
SM
MD
LG