Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:29

Finlandiyalı musiqiçi Şəkidə ustad dərsləri keçirib


Finlandiyalı musiqiçi Nikita Yujanin Şəkidə ustad dərsləri keçirib. Professor «İpək Yolu» I Beynəlxalq Festival çərçivəsində Şəki Musiqi Kollecinin tələbələrini məlumatlandırıb.

Festival Alban məbədində «Sarı gəlin» Norveç-Azərbaycan ansamblının konserti ilə davam etdirilib. Konsertdə ansamblın vokalçıları Norveçdən Liv Runesdatter və Azərbaycandan Ehtiram Hüseynovdur.

Proqramda ansambl üzvləri festival iştirakçıları qarşısında «Zabul Segah», «Şüştər», «Bayati-Şiraz» muğamlarını, «Sarı gəlin» xalq mahnısını qeyri-ənənəvi formada ifa ediblər.

İyunun 29-da sonuncu tədbir «Yuxarı Karvansaray»da Şəki və Bakı musiqi kollektivlərinin iştirakı ilə baş tutub. Konsertdə Azərbaycan klassiklərinin əsərləri rəqslə ifa olunub.
XS
SM
MD
LG