Iyun ayının 29-u saat 19.30 radələrində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgər Cəfər Məmmədrzayev avtomat silahdan atəş acaraq iki əsgəri – İlkin Qəhrəmanovu və Elvin Əliyevi qətlə yetirib. Əsgər Asif Musayev isə yaralanıb. Bundan sonra atəş açan əsgər Cəfər Məmmədrzayev intihar edib.
Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatında deyilir ki, müdafiə nazirinin göstərişi ilə bir qrup idarə rəisi hadisəni araşdırmaq ücün həmin hərbi hissəyə ezam edilib.
Respublika Hərbi Prokurorlugu faktla bağlı cinayət işi qaldırıb. Müdafiə Nazirliyi bildirir ki, hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.