Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:19

Gürcüstan Rusiya ilə münasibətləri normallaşdırmağa hazırdır


Prezident Mixail Saakaşvili bildirib ki, Gürcüstan heç bir ilkin şərt olmadan Rusiya ilə münasibətləri normallaşdırmaq üçün danışıqlara başlamağa tam hazırdır.

Saakaşvili Milli Təhlükəsizlik Şurasının iclasında deyib ki, münasibətlərin normallaşması gürcü qaçqınların Cənubi Osetiya və Abxaziyaya geri qayıtmasını mümkün etməlidir.

Gürcüstanla Rusiya arasında 2008-ci ilin avqustunda baş vermiş qısa müharibədən sonra iki ölkə arasında diplomatik əlaqələr mövcud deyil. Kreml Gürcüstanın hazırkı hakimiyyəti ilə hər hansı əlaqəni istisna edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG