Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:00

Suriya Azərbaycandan qaz alacaq


Suriya gələn ilin ortalarından başlayaraq Azərbaycandan 1-1,5 milyard kub metr qaz alacaq.

Bu barədə Azərbaycan-Suriya hökumətlərarası komissiyanın iyunun 30-da Bakıda keçirilən iclasında Suriyanın neft və energetika naziri Sufyan Allao məlumat verib.

Suriyalı nazirin sözlərinə görə, tərəflər arasında təbii qazın alqı-satqısına dair 20 illik razılaşma əldə olunub. Bu razılaşmaya əsasən Suriya Azərbaycandan ildə 1-1,5 milyard kubmetr təbii qaz alacaq.

Sufyan Allao Azərbaycandan alınan qazın qiymətilə bağlı konkret rəqəm söyləyib.
«Qazın qiyməti formula ilə müəyyən olunacaq. Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) ilə əldə olunmuş razılaşma hər iki tərəfi razı salır», - deyə nazir bildirb.

Azərbaycan qazı bu ölkəyə Gürcüstan və Türkiyə ərazisindən keçməklə ötürüləcək. Razılaşma Suriyanın qaz şəbəkəsi vasitəsilə Azərbaycan qazının gələcəkdə digər ərəb ölkələrinə ixracını də nəzərdə tutur.

Azərbaycan qazının Suriyaya ixracına 2011-ci ilin ortalarından başlanacağı planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG