Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:04

Əli Həsənov Hillari Klintonun səfərini müsbət qiymətləndirir


«Azərbaycanın bugünkü vəziyyətində ABŞ dövlət katibinin və digər yüksək səviyyəli şəxslərin Azərbaycana səfəri müsbət haldır».

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov iyunun 30-da jurnalistlərə bildirib ki, ABŞ dövlət katibi Hillari Klintonun səfəri Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir:

«Biz bu səfərə mühüm əhəmiyyət veririk. Azərbaycan prezidenti İlham Əliyevlə, digər rəsmilərlə, qeyri-rəsmilərlə, mətbuat nümayəndələri ilə və digər şəxslərlə keçirəcəyi görüşlərdə xanım Klinton Azərbaycan-ABŞ münasibətlərinə baxışlarını, ABŞ-ın bu sahəyə münasibətini birinci əldən Azərbaycan vətəndaşlarına çatdıracaq».

Əli Həsənov deyib ki, Azərbaycan üçün ilk növbədə Dağlıq Qarabağ probleminin həllinə, işğal olunmuş ərazilərinin azad olunmasına ABŞ-ın bir fövqəldövlət kimi dəstəyi və münasibəti daha əhəmiyyətlidir. Ona görə də Azərbaycan xarici aləmlə bütün münasibətləri həmin ölkələrin Dağlıq Qarabağ probleminə münasibəti üzərində qurur:

«ABŞ-la münasibətlərdə enerji təhlükəsizliyi, beynəlxalq təhlükəsizlik, beynəlxalq terrorçuluqla mübarizə, beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak, demokratiya və insan hüquqları sahəsində əməkdaşlıqla yanaşı, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsi və onun həlli ətrafında apardığı işləri nəzərə alırıq».

Günün bütün mövzuları

XS
SM
MD
LG