Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:09

İtmiş iranlı nüvə mütəxəssisinin video görüntüləri yayılıb


İranın dövlət televiziyası bir il əvvəl yoxa çıxmış iranlı nüvə mütəxəssisinin video görüntülərini yayıb. Bu, İranın Atom Enerjisi Təşkilatı üçün çalışan Şahram Əmiri ilə bağlı bir-birinə zidd artıq üçüncü görüntüdür.

Rəsmi Tehran Şahram Əmirinin Həcc ziyarəti zamanı ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən oğurlandığını iddia edir. Bu ayın əvvəlində yayılmış videoda özünü Əmiri kimi təqdim edən şəxs oğurlanaraq ABŞ-a aparıldığını bildirmişdi. Lakin bundan az sonra internetdə peyda olan başqa bir video görüntüdə özünü Əmiri kimi təqdim edən digər bir şəxs əslində ABŞ-da təhsil aldığını söyləmişdi.

XS
SM
MD
LG