Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:56

Əli Həsənov: «Həmsədr ölkələrin prezidentlərinin son bəyanatı Azərbaycanı tam qane edir»


Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov
«ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin - ABŞ, Rusiya və Fransa prezidentlərinin son bəyanatı Azərbaycanı tam qane edir».

«Media forum» saytının məlumatına görə, iyunun 30-da jurnalistlərə açıqlama verən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov belə deyib.

Prezidentlər Barak Obama, Dmitri Medvedyev, Nikola Sarkozinin «böyük səkkizlər»in Kanada sammiti zamanı yaydığı bəyanatda Azərbaycan və Ermənistan fikir ayrılıqlarını aradan qaldırmağa, münaqişənin həllinin baza prinsiplərini razılaşdırıb sülh müqaviləsi layihəsinin müzakirəsinə keçməyə çağırılır.

Bəyanatda deyilir ki, münaqişə Dağlıq Qarabağ ətrafında olan ərazilərin geri qaytarılması, Dağlıq Qarabağa keçid statusu verilməsi, Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin yaradılması, Dağlıq Qarabağın yekun statusunun yerli əhalinin iradəsini bildirməsi yolu ilə müəyyən olunması, məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüququnun tanınması, sülhməramlı əməliyyatlar da daxil olmaqla təhlükəsizliyə beynəlxalq təminat verilməsi prinsipləri əsasında həllini tapmalıdır.

Əli Həsənovun fikrincə, bəyanatda hər üç həmsədr ölkə Azərbaycan ərazilərinin işğal olunması faktını qəbul edirlər:

«Sənəddə işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılması tələbi yer alır və həmsədr ölkələrin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı iradəsi ortaya qoyulur».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG