Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:12

1/4 final mərhələsində qarşılaşacaq yığmalar məlumdur


Cənubi Afrika Respublikasında keçilən futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində İspaniya yığması Portuqaliya millisinə 1:0 hesabı ilə qalib gəlib. İspanların qələbə qolunu 63-cü dəqiqədə Devid Vilya vurub.

1/4 final mərhələsində İspaniyanın rəqibi Paraqvay millisi olacaq. Paraqvaylılar dünən Yaponiya yığmasını 5:3 hesabı ilə məğlub edib.

1/4 final mərhələsinin oyunları iyulun 2-də start götürəcək. Həmin gün Hollandiya Braziliya, Uruqvay isə Qana ilə qarşılaşacaq. İyulun 3-də isə Argentina Almaniya, İspaniya isə Paraqvay yığmaları ilə mübarizə aparacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG