Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:16

Prezidentin mətbuat katibi Belorusa verilən 200 milyon dollarla bağlı açıqlama verdi


Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov "Trend"ə müsahibəsində Belarus Respublikasının kreditlə bağlı müraciətinə münasibət bildirib. Onun sözlərinə görə, iyun ayının 21-də Belarus Respublikasının baş naziri S.Sidorski tərəfindən Azərbaycan Respublikasının baş naziri A.Rasi-zadəyə yaranmış vəziyyətlə bağlı Azərbaycanın Belarusa qısamüddətli kredit verməsi barədə müraciət edilib.

"Bununla bağlı Azərbaycan prezidentinə məruzə edilib. Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq münasibətlərini nəzərə alaraq bu kreditin ayrılmasına razılıq verib", - deyə o vurğulayıb.

A.Qasımov qeyd edib ki, Azərbaycan tərəfindən Belarusa ayrılan kreditin həcmi 200 milyon ABŞ dolları təşkil edir və bu kredit 12 təqvim günü müddətinə verilib. Onun sözlərinə görə, kreditlə bağlı bütün lazımı sənədlər imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG