Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:07

İşgəncəylə bağlı şikayətlər artır


Ötən illə müqayisədə müvəqqəti saxlanma və cəzaçəkmə yerləriylə bağlı İşgəncələr Əleyhinə Komitəyə edilən şikayətlərin sayı az qala 2 dəfə artıb.

İşgəncələr Əleyhinə Azərbaycan Milli Komitəsi 2010-cu ilin 6 ayı ilə bağlı hesabatında belə deyilir.


Hesabatda deyilir ki, 2009-cu ildə komitəyə 140 müraciət daxil olduğu halda, 2010-cu ilin ilk 6 ayı ərzində 102 müraciət daxil olub. Komitə sədri Elçin Behbudov deyib ki, müttəhim və məhbuslarla qeyri-insani rəftar haqda şikayətlər üstünlük təşkil edir.

Onun sözlərinə görə, bu ilin 6 ayı ərzində polisdə 1, cəzaçəkmə müəssisələrində də cəmi 1 intihar faktı qeydə alınıb.

Bundan əlavə, komitə sədri orduda qaupvaxtaların da monitorinqini apardıqlarını, burada əsgərdən pul tələbetmə, qeyri-insani rəftar kimi faktları aşkarladıqlarını qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG