Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:21
İspan millisinin baş məşqçisi Vicente del Bosque Paraqvayla keçiriləcək oyunda meydana çıxacaq heyəti açıqlayıb. İspaniya Portuqaliya qarşıdurması iyunun 29-u keçiriləcək.

Beləliklə, İspaniyanın qapısını Iker Casillas qoruyacaq, müdafiədə Sergio Ramos, Gerard Pique, Carles Puyol və Joan Capdevila oynayacaq, yarımmüdafiədə Sergio Busquets, Xabi Alonso və Xavi, hücum xəttində isə Andres Iniesta, David Villa və Fernando Torres fəaliyyət göstərəcək.

İspaniyanın “Marca” qəzeti yazır ki, del Bosque məhz bu heyətlə iyunun 28-i məşq üçün meydana çıxıb.

Azarkeşləri narahat edən əsas məsələ isə Xabi Alonsonun Portuqaliya ilə oyuna çıxması idi. Lakin Çili ilə keçirilən oyun zamanı zədələnmiş yarımmüdafiəçi tam bərpa olunub və meydanda öz məharətini göstərməyə hazırdır.

İspaniya-Portuqaliya matçı iyunun 29-u Bakı vaxtı ilə saat 23:30-da Keyptaunun “Green Point” stadionunda keçiriləcək. Matçın qalibi 1/4 finalda Paraqvay-Yaponiya görüşünün qalibi ilə qarşılaşacaq.
XS
SM
MD
LG