Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:52

BMT İranla bağlı danışıqların tərəfdarıdır


BMT-nin baş katibi Ban ki-Mun bildirib ki, Təhlükəsizlik Şurasının Tehrana qarşı yeni sanksiyaların tətbiqi haqqında qərar qəbul etməsinə baxmayaraq, o, hələ də İranın nüvə proqramı ilə bağlı problemin danışıqlar yolu ilə həllinə tərəfdardır.

Bundan bir qədər öncə isə İran prezidenti Mahmud Əhmədinejad Qərblə danışıqları bərpa etməyə hazırlaşdığını bəyan etmişdi. O, danışıqların bərpası üçün şərt irəli sürüb: Qərb dövlətləri İsrailin nüvə silahına malik olmasına münasibətlərini açıqlamalıdırlar. Əhmədinejad eyni zamanda bunun avqustun sonundan tez baş verməyəcəyini də bildirib.

XS
SM
MD
LG