Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:00

Qırğızıstan rəhbəri beynəlxalq müşahidəçilərlə görüşəcək


Qırğızıstanın müvəqqəti hökumətinin rəhbəri Roza Otunbayeva ölkədə yeni konstitusiya ilə bağlı keçirilmiş referendumdan sonra bu gün beynəlxalq müşahidəçilərlə görüşəcək.

Seçicilərin 90 faizindən çoxunun yeni konstitusiya layihəsini dəstəklədiyi bildirilir. Yeni konstitusiya Qırğızıstanın prezident üsul idarəsindən parlament üsul idarəsinə keçməsinin əsasını qoyur.

Səsverməni 200-dək xarici müşahidəçi izləyib. BMT, Avropa Birliyi, ATƏT və ABŞ artıq Qırğızıstan hakimiyyətini səsverməni müvəffəqiyyətlə təşkil etdiyinə görə alqışlayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG