Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:14

Braziliya 1/4 finalda Hollandiya ilə qarşılaşacaq


Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə Dünya Çempionatında Braziliya yığması Çili millisinə 3:0 hesabı ilə qalib gələrək 1/4 finala çıxıb. Qolları Juan, Fabiano və Robinio vurub.

İyunun 28-i keçirilən başqa bir qarşılaşmada isə Hollandiya Slovakiyanı 2:1 hesabı ilə məğlub edib. Qolları Roben və Sneydr vurublar. Oyunun sonunda slovaklar penalti ilə qollardan birinin əvəzini çıxıblar.

Hollandiya 1/4 finalda Brazilya ilə qarşılaşacaq.

İyunun 19-da isə 1/4 finala çıxmaq uğrunda daha iki cütlük qüvvəsini sınayacaq. Bakı vaxtı ilə saat 19:00-da Paraqvay Yaponiyanı, 23:30-da isə İspaniya Portuqaliyanı sınağa çəkəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG