Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:45

Corc Oruell "1984" (Romandan bir parça)


BİRİNCİ HİSSƏ

I fəsil

Soyuq, gü­nəşli aprel gü­nü idi. Saat on üçü vurdu.

Sərt kü­lək­dən qorunmaq üçün çə­nəsini sinəsi­nə sı­xıb addımlayan Uinston Smit özü­nü tə­ləsik "Qə­lə­bə" yaşayış binası­nın şü­şə qapı­sından içəri saldı.

Amma nə qə­dər cəld tər­pən­mə­yə çalışsa da kü­lək qum qarı­şıq tozu arxasınca vestibü­lə doldurdu.

Vestibül­dən bişmiş kə­ləm və köh­nə dö­şə­mə əskilərinin iyi gəlirdi.

Giriş qapı­sı ilə üz­bəüz divara içəri üçün çox iri gö­rü­nən rəngli plakat yapış­dı­rıl­mış­dı.

Plakatda nə­həng, eni bir metrdən bö­yük insan sifəti təsvir edilmişdi.

Bu təxminən qırx yaşlı, qara lopa bığ­lı, kobud gö­rü­nüş­lü, lakin yaraşıq­lı kişi portreti idi. Uinston pillə­kə­nə tə­rəf getdi.

Lifti göz­lə­məyin məna­sı yox idi. Lift hətta ən yaxşı vaxtlarda da nadir hallarda işləyirdi. İndi isə gün­düz olduğundan işıqları sön­dür­müş­dü­lər.

Qən­aət rejimi işə düş­müş­dü-Nifrət Həf­təsi­nə hazırlaşır­dılar. Mənzil yeddinci mər­tə­bə­də yerləşirdi.

Uinstonun otuz doqquz yaşı vardı.

Sağ topu­ğunnda damarların genişlən­məsi nəti­cəsində əmə­lə gəlmiş varikoz yarasından əziyyət çəkirdi.

Odur ki, pillə­ləri asta-asta qalxır, arada dayanıb nə­fəsini dərirdi.

Bü­tün mər­tə­bə meydançalarında liftlə üz­bəüz divara vurulmuş plakatdan ona eyni sifət baxır­dı.

Portret elə çəkilmişdi ki, addı­mı­nı hara atsan şəkildəki adamın göz­ləri səni izləyirdi. BÖ­YÜK QARDAŞ SƏ­NƏ BAXIR – şəklin altında elə-belə də yazıl­mış­dı.

Otaqda təra­vətli səs çuqun istehsalı haqqında nə isə danı­şır, rə­qəm­lər oxuyurdu.

Səs sağ divardakı tutqun güz­gü­nü xatırladan uzunsov metal löv­hə­dən (ona teleekran deyirdiər) gəlirdi.

Uinston düy­məciyi burdu. Səs azaldı, amma əv­vəlki kimi aydın eşidilirdi. Teleekranın səsini azaltmaq olardı.

Tamam sön­dür­mə­yə isə icazə verilmirdi. Pən­cə­rə­yə yaxınlaşdı. Boyu o qə­dər də uca deyildi.

Göy rəngli rəsmi partiya geyimində isə daha yığcam gö­rü­nür­dü. Saçları açıq rəng­də idi.

Çəhrayı­yıya çalan sifəti keyfiyyətsiz sabundan, küt ül­güc­dən və tə­zə­cə çıx­mış qı­şın sazağından qabıq bağlamış­dı.

Bağlı pən­cə­rə­lərin arxasında soyuq hə­lə də öz işini gö­rür­dü.

Kü­lək tozu və kağız parçaları­nı sovurub sütun kimi havaya qaldı­rır­dı.

Gü­nəş çıxsa da, səma tünd göy rən­gə çalır­dı. Şə­hərin hər yerinə yapış­dı­rıl­mış rəngli plakatlardan başqa qalan nə varsa hamı­sı bomboz gö­rü­nür­dü.

Kü­çə­yə açılan bü­tün künc-bucaqlardan lopabı­ğın sifətini gör­mək müm­kün idi.

Qarşıda­kı binadan da portreti asıl­mış­dı. BÖ­YÜK QARDAŞ SƏ­NƏ BAXIR – bu şəklin altında da eyni xə­bər­darlıq söz­ləri yazıl­mış­dı.

Tünd qonur göz­lər düz Uinstonun sifəti­nə zillənmişdi.

Aşağıda kü­lək künc­ləri cı­rıl­mış plakatı şiddət­lə divara çır­pır, üs­tün­dəki yeganə INGSOS sö­zü­nü gah açıb gös­tərir, gah da gö­rün­məz edirdi.

Uzaqda, damların arasında helikopter diqqətini çəkdi.

Helikopter leş üs­tün­də uçan milçək kimi döv­rə vurub bir anlığa havadan ası­lı vəziyyət­də qaldı, sonra göz­dən itdi.

Içərisində pən­cə­rə­dən mənzillə­rə nəza­rət edən patrullar vardı. Amma bu patrullar elə də qorxulu deyildilər.

Fikir Polisindən özü­nü qorumaq lazım idi.

Uinstonun arxasındakı ekrandan eşidilən səs hə­lə də çuqun istehsalı və Doqquzuncu Üçillik Planın uğurla yerinə yetirilməsi haqqında üdü­ləyib tö­kür­dü.

Teleekran eyni anda həm səsi yazır, həm də efirə verirdi.

Əgər hansısa söz çox yavaşdan, pı­çıl­tı ilə deyilmə­səydi, müt­ləq teleekranın yaddaşına dü­şür­dü.

Səsin yazılması bir yana qalsın, tutqun güz­gü­nü xatırladan metal löv­hə gö­rün­mə bucağında olduğu müd­dət­də həm də adamın təsvirini yaddaşa kö­çü­rür­dü. Heç kəs o anda özü­nün nəza­rət­də olub-olmadı­ğı­nı bilmirdi.

Fikir Polisinin sənin ekranına hansı qrafik əsa­sında, hansı zaman fasilə­ləri ilə qoşulduğunu isə yalnız ehtimal etmək müm­kün idi.

Hər bir adamın bü­tün gün ərzində nəza­rət­də sax­lanması da istisna deyildi.

Bir söz­lə, istədikləri vaxt ekrana qoşula bilərdilər. Amma yaşamaq lazım idi.

Adamlar da hər söz­lərinin dinlənildiyini, qaranlıq saat­ları çıxmaqla, bü­tün hə­rə­kət­lərinin izləndiyini bildikləri halda, instinktə çevrilmiş adətkarlıqla həyatları­nı davam etdirirdilər.

İndi Uinston arxası­nı teleekrana çevirmişdi. Belə daha təh­lü­kəsiz idi. Amma adamı bə­zən kü­rəyinin də ələ verdiyini bilirdi.

Pən­cə­rəsindən bir kilometrlik məsa­fə­də kirli şə­hərin fonunda iş yerinin Həqi­qət Nazirliyinin bö­yük, ağ binası ucalır­dı.

Budur, bura Londondur, Birinci Uçuş Zolağı­nın əsas şə­həri, Okeaniya döv­lətinin əhali baxı­mından üçün­cü bö­yük əya­ləti!- Uinston sə­səbini özü də bilmədiyi bir narazı­lıq duyğusu ilə bu fikirləri beynindən keçirirdi.

O, Londonun əv­vəlki dövr­lər­dəki vəziyyəti ilə bağlı uşaqlıq xatirə­lərini yada salmağa çalış­dı.

Həmi­şəmi balkonlarına şalbanlardan dayaq verilmiş, pən­cə­rə­lərinin çoxu kartonla ör­tül­müş, damlarına dalğavari tə­nə­kə dəmir vurulmuş, uçuq bağça ha­sar­ları hər tə­rə­fə uzanmış XIX əsrin zövq­süz binaları­nın cər­gə­ləndiyi kü­çə­lər belə olmuşdu?

Həmi­şəmi bombardmana məruz qalmış yerlər­də əhəng tozu sütun kimi havaya qalxmış­dı, daşların altından çıxan çayırlar səki­ləri basmış­dı, bombaların yerlə bir elədiyi tikililərin üzərində toyuq damı­nı xatırladan taxta evlər sıralanmış­dı? Amma yadına heç bir şey sala bilmirdi.

Uşaqlıq xatirə­lərində daha çox gö­rü­nən yerlər­də, ək­səriyyəti də savadsızcasına tərtib edilmiş işıq­lı reklam löv­hə­lərindən başqa heç nə qalmamış­dı.

Həqi­qət Nazirliyi -Yeni dildə Həqnaz ətrafdakı tikililərin hamı­sından heyrətamiz də­rə­cə­də seçilirdi.

Ağ betonu gü­nəş işı­ğında bərq vuran bu ehram şəkilli nə­həng bina pillə-pillə üç yüz metrə qə­dər yük­səlirdi.

Uinston dayandı­ğı yerdən onun fasadında səli­qəli hərf­lər­lə yazıl­mış üç partiya şüa­rı­nı oxuya bilirdi:

MÜHARİBƏ - SÜLH­DÜR
AZADLIQ - KÖ­LƏLİKDİR
CƏHA­LƏT - QÜV­VƏDİR

Deyilə­nə gö­rə, Nazirliyin binasında tək­cə yer səthindən yuxarıda­kı otaqların sayı üç minə çatır­dı.

Bina eyni qayda ilə həm də yerin dərinlikləri­nə kök atmış­dı. Londonun müx­təlif səmt­lərində bu öl­çü və gö­rü­nüş­də daha üç nə­həng tikili vardı.

Çox yük­sə­yə qalxdıqlarından və memarlıq baxı­mından ətrafdakı binalardan kəskin fərq­ləndiklərindən, "Qə­lə­bə" yaşayış evinin damından dör­dü­nü də eyni vaxtda aydın gör­mək olurdu.

Binalarda nə­həng döv­lət aparatı­nın aralarında bö­lün­dü­yü dörd Nazirlik yerləşirdi.

Həqi­qət Nazirliyi informasiya, təhsil, asudə vaxtın təşkili və incə­sə­nət mə­sə­lə­ləri ilə, Sülh Nazirliyi müharibə, Sevgi Nazirliyi ictimai asayişin mühafizəsi, Rifah Nazirliyi iqtisadiyyatla məşğul olurdu.Yenidildə Nazirliklər müvafiq şəkildə Həqnaz, Sülhnaz, Sevnaz və Rifnaz adlanır­dı.

Sevgi Nazirliyi həqi­qə­tən də insanın canına qorxu salır­dı.

Binada yerli-dibli pən­cə­rə yox idi. Uinston bir də­fə də olsun bu Nazirliyinin kandarından içəri ayaq basmamış­dı.

Içəri girmək nədir, heç yarım kilometrlik məsa­fə­də onun hən­də­vəri­nə hər­lən­məmişdi.

Rəsmi sə­bəb olmadan binaya düş­mək müm­kün deyildi.

Həm də bundan ötəri tikanlı məftillərin, polad qapıla­rın, gö­zə­gö­rün­mə­yən yerlər­də gizlədilmiş pulemyot yuvaları­nın bü­töv bir labirintindən keçmək lazım idi.

Hətta binanın bayır hasarına yaxın kü­çə­lər­də də ucu toppuzlu də­yə­nək­lər­lə silahlan­mış, sifət­dən qorillaya bən­zə­yən qara paltarlı təh­lü­kəsizlik xidməti əməkdaşları keşik çəkirdilər.

Uinston sərt hə­rə­kət­lə geri dön­dü.

Sifəti­nə teleekranla üz­bəüz gə­lər­kən daha məq­sə­dəuyğun sayılan sakit nikbinlik ifadəsi verdi.

Otaqdan kiçik mət­bə­xə keçdi. Gü­nün bu saatında Nazirlikdən çıxmaqla yeməkxanadakı naharı­nı qurban verməli olmuşdu. Mət­bəx­də bir fal qara çö­rək­dən başqa dilə vurulası bir şey tapmayacağı­nı dəqiq bilirdi.

Çö­rəyi də sabah sə­hər yeməyi­nə saxlamaq lazım idi.

Rəf­dən ağ rəngli etiketində "QƏ­LƏ­BƏ CİNİ" yazıl­mış rəngsiz maye dolu şü­şəni gö­tür­dü.

Cin çinlilərin dü­yü arağı kimi boz - bulanıq, neft tamı verən içki idi. Uinston çay fincanı­nı ağzına qə­dər doldurdu, özü­nü toplayıb, dərman içirmiş kimi, birnə­fə­sə başına çəkdi.

Sifəti dərhal qızardı. Göz­lərindən su axdı. Elə bil nitrat turşusu içmişdi.

Üs­təlik də, içən­dən sonra adamda elə təəs­sürat yaranır­dı ki, sanki kimsə rezin də­yə­nək­lə başı­nın arxasına dö­yəc­ləyir. Amma bir an sonra mə­dəsi­nə dü­şən od sön­dü, dünya göz­ləri­nə daha baxım­lı gö­rün­mə­yə başladı.

Üzəri­nə "QƏ­LƏ­BƏ SİQARETİ" yazıl­mış əzik qutudan bir siqaret gö­tür­dü. Fikri dağı­nıq olduğundan, onu bir müd­dət əlində başı aşağı saxladı.

Nəti­cə­də tü­tü­nün çoxu dö­şə­mə­yə sə­pə­ləndi. Uinston növ­bəti siqaretlə daha ehtiyatlı davrandı.

Otağa qayı­dıb teleekranın sol tə­rəfindəki kiçik masası­nın arxasında oturdu. Siyirtmə­dən qə­ləm, mü­rək­kəbqabı, üzəri­nə mər­məri xatırladan qır­mı­zı cild çəkilmiş qalın, kvadrat şəkilli qeyd kitabçası­nı çıxardı.

Nə­dən­sə, teleekranın yeri bir qə­dər fərqli seçilmişdi.

O, bü­tün otağı nəza­rət­də saxlamağa imkan verən qarşı divara deyil deyil, pən­cə­rə ilə üz­bəüz bərkidil­mişdi.

Teleekranın bir tə­rəfində, divarda o qə­dər də dərin olmayan girinti vardı. Yəqin, evi tikən­də bu yeri kitab rəf­ləri üçün nə­zər­də tutmuşdular.

Uinston indi orada oturmuşdu. Stulu lap irəli çəkib dizlərini divara, sinəsini masayaya yapış­dıranda teleekranın baxış bucağından çı­xır, gö­zə­gö­rün­məz olurdu.
Əl­bət­tə, səsi dinlənilirdi. Burada daldalandı­ğı müd­dət isə özü gö­rün­mür­dü.

Otağın qeyri-ənə­nəvi quruluşu da onu indi məşğul olmaq istədiyi işə hə­vəs­ləndirən amillər­dən biri idi.

Bundan əla­və, indicə siyirtmə­dən çıxardı­ğı qeyd kitabçası da onu şöv­qə salmış­dı.

Kitabça həqi­qə­tən də gö­zəl idi. Doğrudur, süd rəngli yumşaq və­rəq­ləri köh­nəlikdən bir az saralmış­dı.

Bu da azı qırx il əv­vəlin malı olduğunu dü­şün­mə­yə əsas verirdi. Uinstonun fikrincə, qeyd kitabçası­nın yaşı çox da ola bilərdi.

Onu şə­hərin kasıb mə­həl­lə­lərindən birində (dəqiq yerini xatırlamır­dı) köh­nə-kü­rüş satılan dükanda gör­müş, dərhal da almaq qəra­rına gəlmişdi. Partiya üzv­ləri­nə adi mağazalara getmək məs­lə­hət gö­rül­mür­dü.

Bu, "sər­bəst bazarda mal və əşya əl­də etmək" hesab olunurdu. Ancaq belə qadağalara o qə­dər də ciddi əhəmiyyət vermirdilər.

Çünki ayaqqabı bağı, yaxud ül­güç kimi xırdavat şeylərini başqa cür tapmaq müm­kün deyildi. Uinston tə­ləsik sağına-soluna baxıb özü­nü dükana salmış, iki dollar əlli sent verib qeyd kitabçası­nı almış­dı.

Həmin an bunu nə məq­səd­lə etdiyini özü də anlamamış­dı. Kitabçanı çantasına qoyub gizlicə evə gətir­mişdi. Hətta içərisində heç nə yazılmasa da o, sahibinə başağrı­sı yarada bilərdi.

İndi qeyd kitabçasına gün­dəliyini yazmaq istəyirdi.

Bu, qanuna zidd deyildi (artıq qanunlar öz­ləri mövcud olmadı­ğından, daha qanuna zidd heç nə qalmamış­dı), lakin gün­dəlik aşkara çıxa­rılsa, Uinstonu edam cəza­sı, yaxşı halda isə, icbari əmək dü­şər­gəsində iyirmi beş illik həbs göz­ləyirdi.

Qə­ləmi mü­rək­kə­bə batır­dı, və­rə­qə lə­kə salmamaq üçün ehtiyatla kənara çırp­dı.

Qə­ləm də köh­nə döv­rün yadigarı sayı­lır­dı. İndi belə qə­ləm­lə nadir hallarda qol çəkirdilər.

Onu da əl altından, həm də bö­yük çətinliklə tapmış­dı.

Dü­şü­nür­dü ki, süd rəngli bu gö­zəl kağız yalnız əsl qə­ləm­lə yazılmağa layiqdir, onu kimyəvi karandaşla eybə­cər hala salmaq olmaz. Əslində, Uinston əl­lə heç nə yazmır­dı.

Çox qısa qeydləri çıxmaq şərti ilə, hər şeyi nitqyazara diqtə edirdi. Indi isə hər hansı diqtə­dən söh­bət gedə bilməzdi. Qə­ləmi mü­rək­kə­bə batır­dı, bir anlıq duruxub qaldı.Qarnından ani sancı keçdi.

Qə­ləmi kağıza toxundurmaq artıq geriyə heç bir yol qoymamaq deməkdi. Uinston kiçik, əyri hərf­lər­lə tarixi yazdı:

4 aprel 1984-cü il

Stulun arxasına söy­kəndi. Bü­tün varlı­ğına tam bir kö­məksizlik hissi hakim kəsilmişdi.

İlk növ­bə­də, indi həqi­qə­tən də 1984-cü il olub-olmadı­ğı­nı bilmirdi. Hər halda, buna yaxın tarix idi, çünki özü­nün 39 yaşı olduğuna əmindi.

Deməli, ya 1944, ya da 1945-ci ildə doğulmuşdu. Amma indi bir-iki il yanlış­lığa yol vermə­dən hər hansı tarixi müəy­yən­ləşdirmək müş­kü­lə çevrilmişdi.

Qəf­lə­tən dü­şün­dü ki, bu gün­dəliyi kimin üçün yazır? Gə­lə­cək üçün, hə­lə yer üzün­də olmayanlar üçün.

Bir anlıq fikri kağıza yazdı­ğı, özü­nə də şüb­həli gö­rü­nən tarixin ətrafında fırlandı. Yenidildəki ikifikirlilik məfhumu yadına düş­dü.

Baş­lamaq istədiyi işin miqyası ona yalnız indi aydın oldu. Gə­lə­cək­lə necə ünsiyyət qura bilər? Axı, mahiyyət etibarı ilə bu qeyri-müm­kün­dür.

Ola bilsin, sabah da bu gü­nə oxşayacaq və nəti­cə­də, yazdıqlarına əhəmiyyət verən tapılmayacaq. Ya­xud da zaman dəyi­şə­cək, çəkdiyi iztirablar gə­lə­cək nəsillə­rə heç bir şey demə­yə­cək.

Bir müd­dət göz­lərini səfehcəsi­nə kağıza zilləyib oturdu.

Teleekranın ahəngi dəyişmişdi, indi oradan sərt hərbi musiqi səsi gəlirdi.

Maraqlı­dır, Uinston nəinki fikirlərini ifadə emək qabiliyyətini yadırğamış­dı, hətta nə yazmaq istədiyini də yaddan çıxarmış­dı.

Neçə həf­tə idi ki, özü­nü bu ana hazırlayır­dı. Heç ağlına gəl­məmişdi ki, burada cəsa­rət­dən başqa da nə isə tə­ləb edilir. Sadə­cə yazmaq o qə­dər də çətin iş olmamalı idi.

Bü­tün qayəsi, məra­mı uzun illər­dən bəri beynində gəzdirdiyi bitib-tü­kəm­nək bilmə­yən narahat monoloqu kaqıza kö­çür­mək idi.

Am­ma deyə­sən imkan yarananda bu monoloq özü yoxa çıx­mış­dı.

Topuğunun yara­sı dö­zül­mə­yə­cək də­rə­cə­də incitsə də, ayağı­nı qaşımağa ürək eləmirdi. Çünki həmi­şə iltihabla nəti­cə­lənirdi. Saniyə­lər keçib gedirdi.

Qarşı­sında açılan səhi­fə­nin boşluğundan, topuğundakı yaranın göy­nərtisindən, qulağı deşən musi­qidən, cinin gətirdiyi yün­gül məstlik havasından başqa heç nə barə­də dü­şü­nə bilmirdi.

Yazmağa qəf­lə­tən, həm də sanki vahimə içərisində başladı. Qə­ləmindən çıxanları özü də çox dumanlı anlayır­dı.

Uşaq xəttinə bən­zə­yən hərf­lərin sıralandı­ğı sətirlər gah səhi­fənin yuxarı­sına qalxır, gah aşağı enirdi. Əv­vəl­cə baş hərf­ləri, sonra isə nöq­tə-vergü­lü unudaraq yazır­dı:

4 aprel 1984-cü il. Dü­nən axşamkı kino. Ancaq müharibə filmləri.

Biri çox yaxşı idi haradasa Aralıq dənizində içi qaçqınlarla dolu gəmini bombalayır­dılar nə­həng, çox kök bir kişinin üzüb aradan çıxmaq istə­məsini helikopterin isə onu təqib etməsini gös­tə­rən kadrlar adamları yamanca əy­ləndirdi əv­vəl­cə həmin kişinin delfin kimi suda necə batıb-çıx­dı­ğı­nı gö­rür­dün, sonra onu helikopterin nişangahından gö­rür­dün sonra o gül­lə­lər­dən dəl­mə-deşik edilmiş halda suyun üzü­nə çı­xır ətrafındakı su çəhrayı rəng alır sonra da elə bil bə­dənindəki gül­lə deşiklərindən qarnına su dolduğu üçün qəf­lə­tən batır o dənizin təkində gö­rün­məz olanda tamaşaçılar gül­mək­dən öz­lərini saxlaya bilmirdilər. sonra içi uşaqlarla dolu xilasedici qayıq və onun başı üzərində fırlanan helikopter qayı­ğın burun tə­rəfində orta yaşlı qadın oturmuşdu yəhudiyə bən­zəyirdi qucağında isə təxminən üç yaşlı oğlan uşağı vardı. uşaq qorxudan çı­ğı­rıb ağlayır başı­nı qadı­nın döş­ləri arasında gizlət­mə­yə çalı­şır­dı. elə bil tə­zə­dən anası­nın bətninə qayıtmaq istəyirdi qadın isə onu sakitləşdirir özü qorxudan göm­göy gö­yər­sə də daim əl­lərini sipər edib uşağı qoruyurdu. əl­lərini uşağı­nın üs­tün­də elə tuturdu ki sanki bu yolla onu gül­lə­lər­dən qoruya bilə­cək. sonra helikopterdən onların üs­tü­nə iyirmi kiloqramlıq bomba atdılar. dəh­şətli partlayış, qayıq param-parça oldu sonra əla bir kadr qopmuş uşaq əl­ləri düz yuxarı, gö­yə tə­rəf uçur helikopterin burun tə­rəfində quraşdı­rıl­mış kamera əlin uçuşunu izləyir partiya üzv­lərinin oturduqları sıralardan gurultulu alqış səs­ləri eşidildi zalın prollar oturan tə­rəfindən isə bir qadın ayaqları­nı yerə çırparaq səs-küy saldı. dedi ki belə səh­nə­ləri uşaqların yanında gös­tər­mək olmaz dedi ki bu heç yerə yazıla­sı şey deyil uşaqlara gös­tər­mə­yə haqları yoxdur polislər gəlib onu zaldan çıxarana qə­dər səs-küy saldı dü­şün­mü­rəm ki ona bir şey eləsinlər prolların danı­şı­ğına heç kim fikir vermir bu da tipik prol reaksiyası idi onlar heç vaxt...

Əl­ləri ağrı­dı­ğından yazmağı dayandır­dı.

Bü­tün bu cə­fəngiyyatı qeyd kitabçasına nə üçün kö­çür­dü­yü­nü özü də bilmirdi.

Amma maraqlı idi: qə­ləm kağı­zın üs­tün­də hə­rə­kət etdikcə, onun yaddağında tamam başqa hadisə canlanır­dı. Həm də elə dəqiq, gö­rüm­lü löv­hə­lər­lə canlanır­dı ki, lap bu dəqi­qə gö­tür yaz...

Birdən başa düş­dü ki, məhz həmin hadisə­yə gö­rə tə­ləsik evə qayı­dıb və gün­dəlik tutmaq qəra­rına gəlib.

Hadisə bu gün sə­hər nazirlikdə baş vermişdi. Əgər belə müəmmalı hadisə­yə "baş vermişdi" demək müm­kün­sə...

Saat 11-ə yaxın idi. Uinstonun işlədiyi Sə­nəd­ləşdirmə Departamentinin işçilə­ri kresloları­nı kabinə­lərindən çıxa­rıb zalın ortasına, bö­yük teleekranın qarşı­sına dü­zür­dü­lər. Bir az sonra Nifrət İkidəqi­qəliyi başlayacaqdı.

Uinston orta sıralar­dakı yerini tutmaq istəyirdi ki, sifət­dən tanı­dı­ğı, amma heç vaxt təmasda olmadı­ğı iki nə­fərin də göz­lənilmə­dən zala gəldiklərini gör­dü. Biri dəhlizdə tez-tez rastlaşdı­ğı qız idi.

Adı­nı bilmirdi, ancaq Ədəbiyyat Departamentində işlədiyindən xə­bəri vardı.

Onu bə­zən əl­ləri yağa bulaşmış halda, qayka açarları ilə gör­dü­yün­dən, roman yazan maşınlara texniki xidmət böl­məsində çalış­dı­ğı­nı dü­şü­nür­dü.

Öz qüv­vəsi­nə inanan adam təsiri bağışlayır­dı. 26-27 yaşlarında olardı.

Çil bas­mış sifəti, sıx və qara saçları vardı. İdmançı kimi cəld, sərrast addımlarla ye­ri­yirdi.

Belinə bir neçə də­fə doladı­ğı, üzərində Gənc­lərin Antiseks Liqası­nın emble­mi olan qır­mı­zı qurşaq onsuz da qabarıq olan budları­nı daha dolğun nə­zə­rə çarpdı­rır­dı.

Uinston qı­zı gör­dü­yü ilk andan ondan xoşu gəl­məmişdi. Sə­bəbini özü yaxşı bilirdi.

Qı­zın davranış və hə­rə­kət­lərindən daim xokkey meydan­çası­nın, soyuq suda çimməyin, turist yü­rüş­lərinin, bir söz­lə, başdan-başa nizamlı həyat tərzinin ab-havası duyulurdu. Uinston, ümumiyyət­lə, qadınları sevmirdi.

Cavan, gö­zəl qızlardan isə heç xoşlanmır­dı.

Çünki qadınlar, xüsu­sən də cavan qızlar Partiyanın ən atəşin tə­rəfdarları idilər.

Şüarları hava, su kimi udurdular, kö­nül­lü casusluq edir, hər yerə baş vurub müt­ləq bir nöqsan tapmağa çalı­şır­dılar.

Bu qız isə ona başqalarından da təh­lü­kəli gö­rü­nür­dü.

Bir də­fə təsa­dü­fən dəh­lizdə rastlaşarkən, sanki daxilinə nüfuz etmək istəyirmiş kimi, yanakı nə­zər­lər­lə Uinstona elə diqqət­lə baxmış­dı ki, bir anlıq canına qorxu düş­müş­dü.

Beynindən qı­zın Fikir Polisinin agenti olması fikri keçmişdi. Əslində, ehtimalı­nın həqi­qə­tə qətiyyən uyğun gəl­mədiyini özü də bilirdi. Lakin yenə də hər də­fə qı­zı yaxın­lı­ğında gö­rən­də qorxu və düş­mənçilik qarı­şıq qəri­bə hisslər keçirirdi.

İkinci adam isə Daxili Partiyanın üz­vü O`Brayen idi.

O`Brayenin çox mü­hüm, əlçatmaz vəzi­fəsi ilə bağlı Uinstonun yalnız dumanlı tə­səv­vür­ləri vardı.

Qara uniformalı Daxili Partiya üz­vü­nün yaxınlaşdı­ğı­nı gö­rən­də teleekran qarşı­sında toplanaşanlar bir anlıq səs­lərini kəsdilər.

O`Brayen yoğun boynu, kobud, mə­zəli və qəddar sifəti ilə diqqəti çə­kən hün­dürboylu, cantaraq kişi idi.

Ilk baxışdan zəhmli gö­rün­sə də, ürə­yəya­tım­lı ədaları ilə seçilirdi.

Tez-tez eynəyini qaldı­rıb tə­zə­dən burnunun üs­tün­dəki yerini rahatlaması xüsu­sən xoş təsir bağışlayır­dı.

Bu səciyyəvi hə­rə­kət­də nə isə bir centlmenlik sezilirdi. Zərif bir əda ilə ətrafında­kılara əlindəki qutudan tü­tün gö­tür­məyi təklif edən XVIII əsr zadəga­nı – bu cür müqayisə­lər­lə dü­şün­məyi bacaranların O`Brayenlə bağlı ağıllarına gə­lən ilk fikir belə ola bilərdi.

Uzun illər ərzində Uinston onu cəmi-cüm­ləta­nı bir neçə də­fə gör­müş­dü. Amma həmi­şə naməlum bir hiss onu O`Brayenə tə­rəf çəkmişdi.

Mə­sə­lə tək­cə Daxili Partiya üz­vü­nün ağır çəkili boksçu gör­kəmi ilə zərif ədaları arasın­dakı ziddiyyət­də deyildi.

Uinston buna tam əminl olmasa da, O`Brayenin siyasi baxışları­nın liberallı­ğından şüb­hə­lənirdi.

Daha doğrusu, özü­nü buna inandır­mağa çalı­şır­dı.

O` Brayenin sifəti adamı belə fikrə düş­mə­yə vadar edirdi. Amma bəl­kə də sifətində ehkamlara şüb­hə yox, sadə­cə, ağıl ifadə olunmurdu.

Istəni­lən halda, təklikdə qalmaq və teleekranın hər şeyi gö­rən nə­zər­lərindən gizlən­mək imkanı yaransaydı, o, hər şey barəsində danışmağın müm­kün olduğu adam tə­si­ri bağışlayır­dı.

Uinston heç vaxt ehtimalı­nı həqi­qə­tə uyğunluğunu dəqiq­ləş­dirmə­yə cəhd gös­tər­məmişdi.

Əslində, bunun bir yolu da yox idi. Zaldan keçən O` Brayen saata baxıb vaxtın çatdı­ğı­nı gör­müş və deyə­sən, Nifrət Ikidəqi­qəliyi başa çatana qə­dər Sə­nəd­ləşdirmə Departamentində qalmağa qərara vermişdi.

Uinstonla eyni sırada, bir kreslo o tə­rəf­də oturmuşdu.

Aradakı boş yeri qonşu kabinə­də işlə­yən balaca boylu, kül rəngli saçları olan qadın tutmuşdu. Qarasaçlı qız onun arxasında oturmuşdu.

Bir an sonra divardakı bö­yük teleekrandan dəh­şətli uğultu və cı­rıl­tı səs­ləri eşidildi.

Elə bil nə­həng, çarxları heç zaman yağlanmamış bir maşın ekrandan düz zalın içərisinə, tamaşaçıla­rın üs­tü­nə gəlirdi.

Ətrafı bü­rü­müş səs­dən adamın saçları biz-biz olur, dişləri bir-birinə dəyib şaqqıldayır­dı. Nifrət başlanmış­dı.

Həmi­şə olduğu kimi, ekranda Emmanuel Qoldsteynin-Xalq Düş­məninin sifəti gö­rün­dü.

Zalın müx­təlif səmt­lərində tamaşaçılar arasından uğultu keçdi.

Kül saçlı balacaboy qadın qorxu və nifrət­dən əcayib səs­lə ciyildədi. Xain və satqın Qoldsteyn nə vaxtsa (o qə­dər uzaq keçmişdə ki, daha heç kəs xatırlamır­dı) Partiyanın az qala Bö­yük Qardaş səviyyəli liderlərindən biri olmuşdu.

Sonra əksinqilabi fəaliyyət yolunu tutmuş, nəti­cə­də ölüm cəza­sına məhkum edilmişdi.

Lakin sirli şəkildə qaçıb aradan çıxa bilmişdi.

Nifrət Ikidəqi­qəliyinin proqramı gün­bə­gün dəyişilirdi. Əsas hə­dəf isə həmi­şə Qoldsteyn olurdu. O, ilk xain, Partiyanın təmizliyinə lə­kə vuran ilk yaramaz idi.

Partiya əleyhinə yö­nəlmiş bü­tün cinayət­lər, ziyankarlıq və satqın­lıq halları, təxribatlar, yanlış təma­yül­lər və qorxulu fikirlər birbaşa onun nə­zəriyyəsindən qidalanır­dı. Indiyə qə­dər sağ-sala­mat yaşayır­dı, haradasa öz çirkin fəaliyyətini davam etdirirdi.

Bəzi­lərinin fikrincə, okeanın o tayına qaçmış, xarici ağaları­nın himayəsi­nə sı­ğın­mış­dı. Burada, Okeaniyanın özün­də gizləndiyi haqda da şaiyə­lər dolaşır­dı.

Uinston çətinliklə nə­fəs alır­dı. Ağrı­lı hisslərin qəri­bə qarmaqarı­şıq­lı­ğı ilə üz­ləş­mə­dən Qoldsteynin sifəti­nə heç zaman baxa bilmirdi.

Boz saçların haləsin­dəki əti sü­mük­ləri­nə yapış­mış yəhudi sifəti, keçi saqqalına bən­zə­yən kiçik saqqal-ilk baxdı­ğında ağıl­lı sifəti vardı. Amma bu sifət­dən həm də insanı özün­dən kənara itə­lə­yən bir ifadə oxunurdu.

Uzun, gəmirçəkli burnunun düz ucuna dü­şən göz­lü­yü üzü­nün səfeh qocavari ifadəsini daha da güc­ləndirirdi. Gö­rü­nü­şün­dən qoyuna oxşayır­dı, səsi də elə qoyun mə­lərtisini xatırladır­dı.

Həmi­şəki kimi, Qoldsteyn yenə ağzı kö­pük­lə­nə-kö­pük­lə­nə Partiya ehkamlarına qarşı hücu­ma keçmişdi. Iddiaları o qə­dər cə­fəng və gü­lünc idi ki, balaca uşaq da onları asanlıqla rədd edə bilərdi.

Lakin bununla bəra­bər, söz­ləri müəy­yən inandı­rı­cı­lıqdan məhrum olmadı­ğından, tez hissə qapılan, təc­rü­bəsiz adamları təsiri altına sala bilərdi.

Qoldsteyn yenə Bö­yük Qardaşı yamanlayır, Partiyanın aparı­cı rolu­nu inkar edirdi.

Avrasiya ilə dərhal sülh sazişi imzalanması tə­ləbini irəli sü­rür­dü. Söz, mətbuat, sər­bəst toplaşma və fikir azadlıqları­nın təmin olunmasına çağı­rır­dı. Isterik bir səs­lə inqilaba xəya­nət edilməsi haqqda qış­qı­rıb-bağı­rır­dı.

Partiya natiqlərinin ənə­nəvi üslubuna parodiya kimi səs­lə­nən tə­ləsik, söz­çü­lük­lə dolu nitqlərində Yenidil ün­sür­lərindən yararlanmağı da unutmurdu.

Bə­zən hətta adi Partiya üz­vü­nün gün­dəlik həyatda istifadə etdiyindən də çox Yenidil söz­ləri işlə­dirdi.

Qoldsteynin cə­fəng, hə­tə­rən-pə­tə­rən iddiaları­nın arxasında hansı qüv­və­lərin dayandı­ğına şüb­hə yeri qoymamaq üçün bü­tün çı­xı­şı boyu ekrandan, başı­nın üs­tün­dən ifadəsiz sifətli Avrasiya əs­gər­ləri sonu gö­rün­mə­yən sıx sıralarla addımlayıb keçirdilər.

Onlar dəs­tə-dəs­tə ekranın dərinliklərindən üzə çı­xır, bir anlığa iri planda gö­rü­nür, sonra yerlərini eynən öz­ləri kimi digər balaca­boy, yerə yapı­şıq soydaşlarına verə­rək yox olurdular.

Asfalta də­yən əs­gər çək­mə­lərinin boğuq tappıl­tı­sı Qoldsteynin mə­lə­məsini müşaiyət edirdi.

Nifrət İkidəqi­qəliyi təxminən otuz saniyə əv­vəl başlamış­dı.

Lakin artıq zaldakı tamaşaçıla­rın yarıdan çoxu qə­zəb dolu intiqam nidaları­nı saxlaya bilmirdilər.

Bu qoyun sifətli özün­dənrazı adamı, onun arxasındakı Avrasiya əs­gər­lərinin qor­xunc qüv­vəsini gör­mək hiddət və qisasın ortaya çıxması üçün yetərli idi.

Digər tə­rəf­dən, Qoldsteyn öz gö­rü­nü­şü və fikirləri ilə də dərhal qorxu, qə­zəb doğurur­du.

Ona bəs­lə­nən nifrət Avrasiya, yaxud Istasiyaya olan nifrət­lə müqayisə­də daha dəyişməz, hətta əbədi sayıla bilərdi.

Çünki adə­tən Okeaniya bu döv­lət­lər­dən biri ilə müharibə vəziyyətində olanda o biri ilə sülh sazişi bağlayır­dı.

Amma qəri­bə gö­rü­nən başqa şey idi. Hamı Qoldsteyni aşağılasa da, hamı ona nifrət bəs­lə­sə də, hər gün, bəl­kə də gün­də min də­fə təlimi rədd olunsa da, nə­zəriy­yəsinin daşı daş üs­tün­də qoyulmasa da, mitinqlər­də, teleekranda, qəzetlər­də, kitablarda fikirləri cə­fəngiyyat kimi gü­lüş və istehza hə­dəfi­nə çevrilsə də, daim ələ salınsa da, nüfuzu əsla azalmır­dı.

Həmi­şə onun tə­ləsi­nə dü­şən, onun söz­ləri­nə şirniklə­nən sadə­lövh adamlar tapı­lır­dı.

Elə gün olmurdu ki, Fikir Polisi Qoldsteynin təsirinə qapılan, əmri ilə hə­rə­kət edən casus və ziyankarları tapıb aşkara çıxarmasın.

Qoldsteyn güc­lü gizli orduya, Döv­ləti devirmə­yə çalışan geniş sui-qəsdçilər şə­bə­kəsi­nə rəh­bərlik edirdi.

Şə­bə­kənin Qardaşlıq adı­nı daşı­dı­ğı ehtimal olunurdu.

Qoldsteynin bü­tün yaramaz fikirlərin məcmusu kimi şöh­rət qazanan və gizli şəkildə yayılan kitabı haqqında pı­çıl­tı ilə danı­şır­dılar.

Əsərin adı­nı bilən yox idi. Adamlar onu, sadə­cə, kitab adlandı­rır­dılar. Amma ortalıqda gə­zən söh­bət­lərin boş şaiyə­lər olduğunu da yaxşı başa dü­şür­dü­lər.

Mövzudan yayınmaq imkanı yarananda hər bir Partiya üz­vü Qardaşlıq və kitab mə­sə­ləsi­nə toxunmamağı daha üs­tün tuturdu.

İkinci dəqi­qənin başlanğı­cında nifrət son həd­də çatmış­dı.

Adamlar teleekrandan gə­lən qoyun mə­lərtisinə bən­zər səsi batırmaq üçün yerlərindən sıçrayıb güc­ləri gəldikcə qış­qı­rır­dılar.

Kül saçlı, balacaboy qadın hiddətindən qıp­qır­mı­zı qızarmış­dı, ağzı sudan bayıra atıl­mış balıq qəl­sə­mə­ləri kimi açı­lıb-yumulurdu.

Hətta O`Brayenin ağır sifəti də pört­müş­dü.

O, kreslosunda şax oturmuşdu, geniş sinəsi dəniz qabarma və çəkilmə­lərində olduğu kimi qalxıb-enirdi.

O`Brayendən arxa sırada oturan qara saçlı qız isə birdən var səsi ilə "Donuz! Donuz! Donuz!"-deyə qış­qırmağa başladı və əlindəki ağır Yenidil lü­ğətini var gü­cü ilə teleekrana tolamazladı.

Lü­ğət Qoldsteynin burnuna dəyib dö­şə­mə­yə düş­dü.

Qoyun mə­lərtisini xatırladan səs kəsilmək bilmirdi. Bu ara Uins­ton adamlara qoşulub qış­qır­dı­ğı­nın, qarşıda­kı kreslonu qə­zəb­lə təpiklədiyinin fərqinə vardı.

Nifrət Ikidəqi­qəliklərində dəh­şətli şey hamı­nın eyni cür hə­rə­kət etməsi deyildi.

Əksinə, ən qorxulusu, hətta istə­sən belə, bu ümumi prosesdən kənarda qala bilmə­mək idi.

Otuz saniyə keşən­dən sonra artıq ətrafındakıla­rı yamsılamağa ehtiyac duyulmurdu.

Elə bil hamı­nın bə­dənindən güc­lü elektrik cə­rəya­nı keçirdi.

Hamıya qorxu və intiqam hissi hakim kəsilirdi.

Hamı öl­dür­mək, işgən­cə vermək, kiminsə sifətini ağır çəkiclə vurub dağıtmaq istəyirdi. Adamlar üz-göz­lərini əyir, qış­qı­rıb nifrin yağdı­rır, göz gö­rə-gö­rə dəlilik həddinə çatır­dılar.

Həm də bu qə­zəb mü­cər­rəd və hə­dəfsiz idi.

Fanar işı­ğı kimi, onun da istiqa­mə­tini istəni­lən səm­tə yö­nəlt­mək olurdu.

Bə­zən Uinston nifrətinin qətiyyən Qolds­teynə deyil, əksinə, Bö­yük Qardaşa, Partiyaya, Fikir Polisinə qarşı çevrildiyinin fərqinə varır­dı.

Belə məqamlarda küfr və qə­zəb hə­dəfi­nə çevrilmiş bu tənha yadfikirlinin, yalan dünyasında sağlam ağıl və həqi­qətin bu yeganə mühafizinin tə­rəfində dayandı­ğı­nı hiss edirdi. Bir saniyə sonra isə o, yenidən küt­lə­yə qoşulur,

Qoldsteyn haqqında deyilən­lərin hamı­sı­nı həqi­qət kimi qəbul edirdi. Belə anlarda Bö­yük Qardaşa bəs­lədiyi gizli nifrət sitayişə çevrlirdi.

Bö­yük Qardaş əlçatmaz büt kimi hamı­nın və hər kəsin başı üzərində yük­səlirdi, Asiya orduları­nın qarşı­sında qorxu bilməz, qüd­rətli sər­kər­də kimi dayanır, əsl alınmaz qala təsiri bağışlayır­dı.

Qoldsteyn isə cəmiyyət­dən qovulmasına, tənhalı­ğına, hətta mövcudluğunun sual altında olmasına baxmayaraq, elə tək­cə səsinin gü­cü ilə adamların gö­zü­nə sivilizasiya binası­nı dağıtmağa qadir qorxunc sehrbaz cildində gö­rü­nür­dü.

Bə­zən belə anlarda nifrəti şüurlu şəkildə tamam başqa şəx­sə də yö­nəlt­mək olurdu.

Uinston gecə yarı­sı dəh­şətli qarabasmadan ayı­lıb özün­də başı­nı yastıqdan qaldırmağa güc tapan adam kimi bü­tün iradi qüv­vəsini toplayaraq, ekrandakı sifə­tə bəs­lədiyi nifrəti arxa sıradakı qara saçlı qıza tuşladı.

Xəya­lından biri-birindən gö­zəl, cəlbedici səh­nə­lər keçdi.

Onu rezin də­yə­nək­lə ölün­cə­yə qə­dər budayardı.

Onu lüt soyundurub dirə­yə sarıyar, Mü­qəd­dəs Sebastian kimi bə­dənini oxlarla dəl­mə-deşik edərdi.

Onu ləz­zət­lə zorlayar və orqazm anında bıça­ğı boğazına saplardı. Indi ona nə üçün nifrət etdiyinin sə­bəbini əv­vəlkindən daha aydın başa dü­şür­dü.

Gənc, gö­zəl və antiseks əhvali-ruhiyyəli olduğuna gö­rə, bu qızla bir yatağa girmək istədiyinə, amma niyyətinin heç vaxt baş tutmayacağı­nı bildiyinə gö­rə, qucaqlanmaqdan, oxşanmaqdan öt­rü yaradıl­mış nazik, titrək belində Uinstonun əlini deyil, əlçatmazlı­ğın hamıya meydan oxuyan rəmzini-qır­mı­zı qurşağı gəzdirdiyinə gö­rə!

Nifrət son həd­də çatmış­dı. Qoldsteynin səsi həqiqi qoyun mə­lərtisinə çevrilmişdi.

Sifəti də eyni ilə küt qoyun sifətini xatırladır­dı.

Sonra bu qoyun sifəti teleekrandan düz üst­ləri­nə gə­lən iri, qorxunc Avrasiya əs­gərinin simasında əriyib itə­rək gö­rün­məz oldu.

Əs­gər isə sanki ekrandan birbaşa zalı nişan alaraq avtomatdan aramsız atəş aça-aça irəli­ləyirdi.

Qabaq sıralarda oturanların bəzi­ləri öz­lərini qeyri-iradi kreslonun söy­kə­nə­cəyi­nə sı­xır­dılar.

Bir an sonra hamı rahatlıqla nə­fəs aldı.

Bö­yük Qardaşın qarasaçlı, qarabığ­lı, həyat gü­cü və ilahi sakitliklə dolu üzü ekranı tutaraq düş­məni gö­rün­məz etdi. Bö­yük Qardaşın nə dediyini heç kim eşitmirdi.

Lakin dö­yü­şün qız­ğın çağında sər­kər­dənin əs­gər­ləri ruhlandırmaq üçün qış­qır­dı­ğı bir neçə anlaşılmayan söz kimi, onun dedikləri də məna­sından ası­lı olmayaraq, yalnız səsi eşidildiyinə gö­rə ürək­lər­də inam doğururdu.

Sonra Bö­yük Qardaşın sifəti tədricən ekrandan çəkildi, yerində isə iri hərf­lər­lə yazıl­mış üç Partiya şüa­rı gö­rün­dü:

MÜHARİBƏ - SÜLH­DÜR
AZADLIQ - KÖ­LƏLİKDİR
CƏHA­LƏT - QÜV­VƏDİR

Özü gö­rün­məz olsa da, Bö­yük Qardaş hə­lə bir neçə saniyə də teleekrandan adamlara baxır­dı.

Buraxdı­ğı təəs­sürat elə güc­lü idi ki, Partiya şüarları­nın arxasından hamı­nın gö­zü­nə yenə onun siması gö­rü­nür­dü. Kül saçlı balacaboy qadın özü­nü az qala qabaqdakı kreslonun üs­tü­nə yıx­mış­dı.

Hön­kür­tü içərisindən çətinliklə anlaşılan səsi ilə "Xilaskarım!-deyə əl­lərini teleekrana tə­rəf uzatmış­dı.

Sonra barmaqları­nı göz­lərinin qabağına tutdu. Adama elə gəlirdi ki, o, yavaşcadan dua söz­lərini pı­çıldayır.

Elə bu anda zala toplaşanların bir dəs­təsi ayağa qalxıb nisbə­tən yavaş, lakin ahəngdar səs­lə "BEE-QE!, BEE-QE!"-deyə qış­qırmağa başladı.

Onlar B səsini uzadaraq arada fasilə verir, sonra kəskin vurğu ilə Q-ni əlavə edirdilər.

Ağır dalğalarla zala yayılan bu çı­ğır­tılarda ibtidai icma döv­rü­nü xatırladan nə isə vardı. Sanki onların arxasınca çılpaq ayaqların tappıl­tı­sı və iri tam-tamların gurultusu eşidilə­cəkdi.

Qış­qı­rıq səs­ləri təxminən yarım dəqi­qə­yə qə­dər çəkdi. Hisslərinin cuşa gəldiyi məqamlarda belə nəqa­rət­lər tez-tez eşidilirdi.

Bu, müəy­yən də­rə­cə­də Bö­yük Qardaşın müdrikliyinə və bö­yük­lü­yü­nə oxunan himn idi.

Lakin ondan da daha çox özü­nühipnoz, olan-qalan ağıl və şüuru da ritmik səs-küy­də batırmaq, yox etmək cəhdi idi.

Uinston içində bir buz soyuqluğu hiss etdi.

Nifrət Ikidəqi­qəliklərində ümumi dəlilikdən kənarda qalmağa gü­cü çatmasa da, bu vəhşi, ibtidai "BEE-QE! BEE-QE!"-qış­qır­tıla­rı onu həmi­şə dəh­şə­tə gətirirdi. Təbii ki, hamıya qoşulub qış­qı­rır­dı.

Başqa cür müm­kün deyildi. Hisslərini gizlət­mək, sifətinin ifadəsini nəza­rət­də saxlamaq, başqaları­nın hə­rə­kət­lərini təkrarlamaq - artıq bunlar hamı­sı adi hala çevrilmişdi.

Lakin arada bir-iki saniyə elə vəziyyət yaranmış­dı ki, göz­lərinin ifadəsi onu asanlıqla ələ verə bilərdi.

Və həmin heyrətamiz hadisə də elə bir-iki saniyə­də baş vermişdi. Əl­bə­tə, əgər həqiqtən də belə şey olmuşdusa...

Bir anlığa nə­zər­ləri O`Brayenin baxışları ilə qarşılaşdı. O`Brayen ayaq üs­tə dayanmış­dı.

Deyə­sən, az ön­cə eynəyini çıxarmış­dı. İndi onu taxır və adətkar hə­rə­kət­lə burnunun üs­tün­də yerini rahatlayır­dı.

Saniyənin hansısa hissəsində baxışları toqquşdu və Uinston bayaqkı mən­zə­rənin qətiyyən gö­zü­nə gö­rün­mədiyinə bir daha əmin oldu.

Bu həqi­qət idi! O`Brayen də eynən onun kimi dü­şü­nür.

Hansısa yanlış­lıqdan söh­bət gedə bilməz! Sanki beyinləri arasında gizli rabitə yaranmış, fikirlər sü­rət­lə bir göz­dən o birisinə axmış­dı. "Mən də sizinlə­yəm, - O`Brayen sanki belə deyirdi.-Sizin hisslərinizi yaxşı başa dü­şü­rəm. Bezdiyinizi, iyrəndiyinizi, nifrət elədiyinizi anlayıram.

Narahat olmayın. Mən sizin tə­rəfinizdə­yəm". Lakin zəka­nın bu ani parıl­tı­sı çox tez də sön­dü və O`Brayenin sifəti hamı­nın­kı kimi ifadəsiz gör­kəm aldı.

Gü­nün hadisəsi bu idi. Uinston indi gö­zü ilə gör­dü­yü­nün həqiqiliyinə o qə­dər də əmin deyildi. Heç vaxt belə təsa­düf­lərin davamı olmurdu. Onlar yalnız insanda inamı öl­mə­yə qoymayan bir tə­səlli yaradır­dı: fikirləşirdin ki, sən­dən başqa da Partiyanın düş­mən­ləri var!

Kim bilir, bəl­kə də geniş şaxəli gizli fəaliyyət şə­bə­kəsi haqqında şayiə­lər doğrudur!

Bəl­kə Qardaşlıq həqi­qə­tən də mövcud­dur! Saysız-hesabsız həbs­lə­rə, etiraflara, edamlara baxmayaraq, Qardaşlı­ğın mövcudluğuna əminlik quru nağıl deyildi! Uinston bir gün bü­tün deyilən­lərin həqi­qə­tə çevrilə­cəyi­nə inanır­dı.

Ertəsi gün isə əminliyi yoxa çı­xır­dı. Əlində dəlil-sübut yox idi.

Hər cür yozula bilən, yaxud heç bir məna­sı olmayan ani baxışlar, kənar söh­bət­lər­dən qulağa çatan kəsik-kü­sük söz­lər, tualet divarlarındakı yarı­sıilinmiş yazılar, çətin ki, nəyinsə sübutu sayıla bilərdi.

Hətta biri-birini tanımayan iki adamın qarşılaşarkən əl­lərini yün­gül­cə tər­pət­mə­ləri də nə­zərindən yayınmamış və bunu gizli salamlaşma zənn etmişdi. Bir söz­lə, yalnız gümanlar, ehtimallar...

Hər şey sadə­cə tə­xəy­yü­lü­nün məhsulu da ola bilərdi. O`Brayenə tə­rəf bax­ma­dan kabinəsi­nə qayıt­dı.

Bu ani təma­sı davam etdirməyi ağlına da gətirmirdi. Hətta O` Brayenə yaxınlaşmaq imkanı yaransa da, hə­rə­kəti heç bir məntiqə sığmayan dəh­şətli tə­şəb­büs olardı.

Bir, yaxud iki saniyə ərzində fərqli yozula bilə­cək nə­zər­lər­lə bir-birləri­nə baxmış­dılar. Vəssalam! Həya­tı başdan-başa tənhalıqda keçən insan üçün hətta bu ani illüziya da yaddaqalan hadisə idi.

Uinston yerindən qalxıb stulda şax oturdu. Bir də gəyirdi. Deyə­sən, mə­dəsindəki cin üzü yuxarı qalxmağa başlamış­dı.

Göz­ləri yenə səhi­fə­yə zilləndi. Sən demə bayaqdan bəri dərin fikrə dalsa da, əli özün­dən ası­lı olmayaraq işləyirmiş. Lakin bunlar bir az əv­vəl yazdıqları kimi başı-ayağı bilinmə­yən, biri-birinə qarış­mış dəh­şətli cızmaqaralar deyildi.

Qə­ləmin ucu kağı­zın yumşaq səthində sü­rət­lə hə­rə­kət edir, eyni ifadəni iri çap hərf­ləri ilə biri-birinin altında ləz­zət­lə sıraya dü­zür­dü:

RƏDD OLSUN BÖ­YÜK QARDAŞ!
RƏDD OLSUN BÖ­YÜK QARDAŞ!
RƏDD OLSUN BÖ­YÜK QARDAŞ!
RƏDD OLSUN BÖ­YÜK QARDAŞ!
RƏDD OLSUN BÖ­YÜK QARDAŞ!

Bu söz­ləri yaza-yaza səhi­fənin ortasına gəlib çıx­mış­dı.

Lakin yazdıqları da vahimə hissinin aradan qalxmasına kö­mək etdi.

Əslində, cə­fəng hə­rə­kət etdiyini özü də anlayır­dı.

Belə şüarları kağıza kö­çür­mək gün­dəlik tutmaqdan çox da təh­lü­kəli deyildi. Amma yenə də korladı­ğı səhi­fə­ləri dərhal cı­rıb atmaq və ümumiyyət­lə, bu işdən birdə­fəlik əl çək­mək haqqında fikirləşdi.

Dü­şün­dü­yü­nü elə­mədi. Çünki məna­sız olduğunu bilirdi. RƏDD OLSUN BÖ­YÜK QARDAŞ!-şüa­rı­nı yazmağı ilə yazmamağı arasında heç bir fərq yoxdu. Gün­dəlik tutmağı ilə tutmamağı arasında heç bir fərqi yoxdu.

Hər iki halda Fikir Polisinin əlinə düş­məsi an mə­sə­ləsi idi. O, suç işləmişdi.

Hətta qə­ləmi kağıza toxundurmasa belə, cinayət tö­rətmişdi. Özü də bü­tün digər suçluluqların kö­kün­də dayanan cinayət!

Əməlinin adı fikir cinayəti idi. Fikir cinayətini həmi­şə gizli saxlamaq müm­kün olan iş deyildi. Müəy­yən dövr ərzində, hətta illər boyu başı­nı salamat saxlaya bilərdin. Lakin əv­vəl-axır onların əli müt­ləq sə­nə də çatacaqdı.

Bu işi həmi­şə gecə gö­rür­dü­lər. Həbs elə­mə­yə gecə­lər gəlirdilər.

Qəf­lə­tən yuxudan oyadırlar, kobud əl çiynindən yapı­şıb səni silkə­ləyir, işı­ğı düz gö­zü­nə salırlar. Sərt simalı adamlar yatağı­nı döv­rə­yə alır..

Ək­sər hallarda heç bir məh­kə­mə keçirilmirdi, həbs­lər barəsində məlumat verilmirdi. Adamlar bir qayda olaraq gecə­lər yoxa çı­xır­dılar.

Adın siyahılardan silinirdi, gör­dü­yün işlər­lə bağlı xatırlatmalar hər yerdən pozulurdu, mövcudluq faktın inkar olunurdu, həmi­şəlik unudulurdun.

Artıq sən yox idin. Ləğv edilmişdin, yoxa çıxa­rıl­mış­dın, öz aralarında dedikləri kimi, buxara çevrilmişdin.

İsteriya bir anlığa yenə Uinstona hakim kəsildi. Tə­lə­sə-tə­lə­sə əyri-üy­rü hərf­lər­lə cızmaqara elə­mə­yə başladı:

məni gül­lə­ləyirlər bunun mə­nə heç bir dəxli yoxdur gül­ləni boynumun arxa­sından vuracaqlar bunun mə­nə dəxli yoxdur rədd olsun bö­yük qardaş həmi­şə gül­ləni boynun arxasından vururlar mə­nə dəxli yoxdur rədd olsun bö­yük qardaş

Stulun arxasına söy­kəndi. Belə vahimə­yə düş­məsindən özü də yün­gül­cə pərt olmuşdu. Bir an sonra isə ildı­rım vurmuş kimi yerində quruyub qaldı. Qapı dö­yü­lür­dü.

Deməli, gəldilər! Siçan kimi nə­fəsini içinə çəkib göz­ləyirdi.

İlk cəhd­dən sonra qapı açılmasa çı­xıb gedə­cək­ləri­nə zəif də olsa ümid bəs­ləyirdi..

Yox, qapıya vurulan zər­bə­lər təkrarlanmağa başladı. Belə vəziyyət­də ən axmaq hə­rə­kət ləngiməkdir.

Ürəyi təbil kimi şiddət­lə dö­yü­nür­dü. Üzü­nün ifadəsi isə uzun illərin təc­rü­bəsi nəti­cəsində dəyişməz qalmış­dı. Uinston ayağa qalxdı, ağır addımlarla qapıya yaxınlaşdı...

Romanı tərcümə edən: Vilayət Quliyev
"Azərbaycan" jurnalı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG