Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:31

İspaniya şəhərlərində burkaya qadağa qoyulur


İspaniyanın cənubundakı Koin şəhərinin bələdiyyəsi ictimai yerlərdə üzü örtən İslami qadın geyimini – burkanı qadağan edib.

Qadağa məktəb və idman mərkəzləri də daxil olmaqla ictimai obyektləri əhatə etsə, şəhərin qalan yerlərinə aid deyil.

Koin şəhərinin 21 min nəfər əhalisi var, bələdiyyə şurası qərarı böyük səs çoxluğu ilə qəbul edib.

Axır həftələrdə İspaniyanın bir neçə şəhərində, o cümlədən Barselonada da eyni qərar qəbul edilib.

Bundan əvvəl İspaniyanın ədliyyə naziri demişdi ki, dini azadlıqlar haqda qanuna düzəliş edib ölkədə burkanın ictimai yerlərdə geyilməsinə məhdudiyyət qoymaq istəyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG