Keçid linkləri

2017, 16 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 17:26

İsrail səfirliyi karikaturaya etiraz edir


Israilin Qahirədəki səfirliyi Misirin hakim partiyasına məxsus olan qəzetdə “antisemit məzmunlu” karikaturanın çapına etiraz edib. Karikaturada İsrail əsgərləri nasistlərə bənzədilir.

"Əl-Vətəni Əl-Yaum" qəzeti karikaturanı ötən ayın sonu İsrail ordusu Türkiyədən Qəzzaya humanitar yardım daşıyan gəmiyə hücum edib 9 nəfəri öldürəndən sonra dərc edilib.

Səfirliyin nümayəndəsi deyib ki, Milli Demokrat Partiyasına məxsus qəzetdə Braziliya rəssamının çəkdiyi karikaturanın çapı qanunların yol verdiyi tənqid yox, təhqirdir.
XS
SM
MD
LG