Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:20
ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun əvvəlində Azərbaycana gələcəklər. Bu barədə ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

Popov Rusiya, Fransa və ABŞ prezidentlərinin Kanadada «Böyük səkkizliyin» sammitində Dağlıq Qarabağ üzrə bəyanatlarını şərh etmək istəməyib. Onun sözlərinə görə, Minsk qrupu prezidentlərin bəyanatına və danışıqlar prosesinə regiona gəldikdən sonra qiymət verəcəklər.

Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa prezidentləri şənbə günü Kanadada keçirilən «Böyük səkkizliyin» zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi barədə birgə bəyanatla çıxış edərək, Azərbaycan və Ermənistan rəhbərlərini sülh müqaviləsinin hazırlanmasına başlamaq üçün münaqişənin həll olunmasının əsas prinsipləri üzərində işi sürətləndirməyə çağırıblar.

/Trend/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG