Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:35

Iran nüvə danışıqlarına avqustun axırından tez qayıtmayacaq


İran prezidenti Mahmud Əhmədinejad deyib ki, onun ölkəsi Qərb dövlətləri ilə danışıqlara qayıtmağa hazırdır – amma avqustun axırlarından tez yox.

Əhmədinejad deyib ki, bu ertələmə “Qərbə başqa xalqlarla necə danışmağı öyrətmək üçündür”.

Bu ayın əvvəlində BMT-nin Təhlükəsizlik Şurası İrana qarşı yeni sanksiyaları təsdiqləyib.

Qərb ölkələri İranın nüvə proqramının son məqsədinin atom bombası düzəltmək olmasından şübhələnirlər, İran isə bu fikri rədd etsə də, özünün nüvə obyektlərini tam yoxlamağa icazə vermir.
XS
SM
MD
LG