Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:33

Daşqın Şabranda evakuasiyaya səbəb olub


Azərbaycanın şimalında yağan leysan yağışları növbəti daşqına və fövqəladə vəziyyətə səbəb olub.

Gilgilçayın daşması nəticəsində Quba və Şabran rayonları arasında yerləşən «İstisu» sanatoriyasına gedən yol bağlanıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təxminən 100-120 nəfərə yaxın adam Siyəzən ərazisindən axan Gilgilçaydan keçərək geri qayıtmaq istəyiblər. Lakin yolun yuyulması və avtomobilləri sel aparması nəticəsində ərazini tərk edə bilməyiblər.

FHN-in xilasediciləri ertolyotla əraziyə ərzaq aparıb və sanatoriyada qalmış insanların evakuasiyasına başlayıblar. Hazırda xilasetmə işləri davam edir.

«İstisu» ilə yanaşı, Şabran rayonunun həmin ərazidə yerləşən bir neçə yaşayış məntəqəsinin də yolu bağlanıb. Xilasedicilər həmin yaşayış məntəqələrinin sakinlərinin də evakuasiyasını başa çatdırıb. /Turan/
XS
SM
MD
LG