Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:59
ATƏT-in Bakı ofisi iyunun 28-də Naxçıvanda 3 həftəlik kurslara başlayıb. Yerli və beynəlxalq ekspertlərin qatıldığı kurslar vəkil olmaq istəyən hüquqşünasları testə hazırlayacaq.

ATƏT-in Bakı ofisindən verilən məlumata görə, kurslarda İnsan Haqları üzrə Avropa Məhkəməsinin əsasnaməsi və prosedura qaydalarından tutmuş milli qanunvericiliyə dair, o cümlədən, cinayət, mülki və inzibati məcəllələrə dair mövzular barədə təlim keçiriləcək.

«Bu kurslar insan hüquqları sahəsində həm beynəlxalq, həm də yerli standartlar və daxili qanunvericiliklə bağlı vəkillik imtahanına hazırlaşanların bilik səviyyəsini artıracaq», - ATƏT-in Bakı ofisinin təlimçisi Fiorentina Azizi deyir.

Namizədlər vəkillikdən imtahan vermək üçün iki həftəlik nəzəri təlimlərdən sonra bir həftə təcrübə keçəcəklər.

Kurslara Ədliyyə Nazirliyi, Naxçıvan Vəkillər Assosiasiyası və Naxçıvan Dövlət Universiteti dəstək verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG