Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 23:41

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcək


Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında növbəti görüş iyulun 16-17-də Almatıda keçiriləcək.

“APA”nın məlumatına görə, görüş ATƏT xarici işlər nazirləri Şurasının qeyri-formal toplantısı çərçivəsində baş tutacaq.

ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Nikola Sarkozi və Rusiya prezidenti Dmitri Medvedyevin Kanadada keçirilən G8 sammiti zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdikləri birgə bəyanatlarında da qeyd olunub ki, dövlət başçıları ölkələrinin xarici işlər nazirlərinə ATƏT xarici işlər nazirləri Şurasının Almatıda təşkil olunacaq qeyri-rəsmi toplantısı çərçivəsində keçiriləcək görüşə hazırlığın gedişində Azərbaycan və Ermənistan arasında fikir ayrılıqlarının aradan qaldırılması üçün tərəflərə yardım göstərməyi tapşırıblar.

XS
SM
MD
LG