Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:31

Qırğızlar parlament respublikası qurdular


Qırğızstanın müvəqqəti hökumətinin lideri Roza Otunbayeva bildirib ki, referenduma gələn seçicilər yeni konstitusiyanı bəyəniblər.

Seçki komissiyası xəbər verib ki, ilkin nəticələrə görə, seçicilərin 90 faizi konstitusiyaya təkliflərin xeyrinə səs verib.

Yekun məlumatın iki həftə ərzində açıqlanacağı gözlənir.

Yeni konstitusiya layihəsində prezidentin səlahiyyətlərinin azaldılması, ölkədə parlament üsul-idarəsi yaradılması nəzərdə tutulur.

Roza Otunbayeva deyib ki, yeni konstitusiya ölkəsinin avtoritar imicini dağıdacaq.

Bu arada Rusiya prezidenti Dmitri Medvedyev deyib ki, Qırğızıstanın parlament respublikası yaratması təhlükəli ola bilər, dövlətin dağılmasını şərtləndirər: «Təhlükələrlə mübarizə aparmaq üçün ölkənin güclü və yaxşı təşkilatlanmış hökumətə ehtiyacı var».

Günün bütün mövzuları

XS
SM
MD
LG