Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:11

1,5 milyona su kəhrizləri bərpa olunacaq


Beynəlxalq Miqrasiya Təşkilatı və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) arasında ənənəvi su mənbələri olan kəhrizlərin bərpasını nəzərdə tutan «Kəhrizlərin bərpası layihəsi»nin həyata keçirilməsi ilə bağlı saziş imzalanıb.

AzərTAc xəbər verir ki, agentliyin maliyyə dəstəyi ilə həyata keçiriləcək layihə çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatı Bərdə, Goranboy, Samux, Şəmkir, Tərtər, Tovuz və digər rayonlarda əhalinin su resurslarına çıxış imkanını yaxşılaşdırmaq üçün 20 kəhrizi bərpa edəcək.

1,2 milyon ABŞ dolları dəyərində layihənin həyata keçirilməsinə iyulun 1-də başlanılacaqdır.

Layihənin 2,5 il müddətində həyata keçirilməsi nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG