Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:21

Maradona Co-nun zəfər yürüşü davam edir. 1/8 finalda Argentina Meksikanı siradan çıxartdı 3-1


Bərabər keçən görüşdə yenidən kobud hakim səhvi baş verdi. Carlos Tevez birinci qolunu vuranda onun offsaydda durması açıq görünürdü. Aregentinanın 2-ci qolu da qeyri-adi alındı.

Meksikanın müdafiəçisi Ricardo Osario həmin qolu yəqin qorxulu nağıl kimi bütün ömrü boyu xatırlayacaq. Sadə bir vəziyyətdə o tam nəzarətində olan topu elə itirir ki, top diyirlənib hədiyyə kimi Argentinanın ən məhsuldar oyunçusu Gonzales Higuainin düz qarşısına gəlir. Bu fürsəti əldən buraxmayan Higuain çempionatda özünün 4-cü topunu vurur 2-0.

Və nəhayət fasilədən sonra Tevez 3-cü topu Meksikanın qapısından keçirərək görüşün taleyini həll edir. Onun vurduğu qol isə çempionatın ən gözəl qolları sırasında düşməyə layiq idi.

Meksika sona qədər mübarizə aparsa da ancaq təsəlli qolu ilə kifayətlənməli oldu. 3-1

Argentina dörddəbir finalda Almaniya ilə qarşılaşır. İndi hamı 1986 və 1990-cı illərin finalını xatırlayır. İlk növbədə ona görə ki, hər iki çempionatın finalında heyətində Maradonanın da oynadığı Argentina məhz Almaniya ilə gücünü sınamışdı. 1986-cı ildə Argentina (3-2), dörd il sonra isə Almaniya (1-0) qələbə çalmışdı.

Məşqçi qismində olsa da Maradona bu tarixi balansı Argentinanın xeyrinə dəyişə biləcəkmi? İyulun 3-nü gözləyək...

ARGENTINA-MEKSIKA GÖRÜŞÜNDƏ VURULAN QOLLARA BURADA BAXIN

Şərhləri göstər

XS
SM
MD
LG