Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:25

Yol qəzasında 1 sərnişin ölüb,18-i yaralanıb


Dünən axşam saat 23:30 radələrində Bakı - İsmayıllı yolunda Hyundai markalı avtobus Muğanlı kəndinin yaxınlığında aşaraq dərəyə düşüb.

Nəticədə 1 adam ölüb, 18 nəfərsə yaralanıb.

Şahidlərin sozlərinə görə, Azərbaycandakı çay fabriklərinin birinə məxsus avtobus şirkət işçilərini istirahətdən evə qaytarırmış.

İlkin məlumata görə, qəzaya səbəb avtobusun əyləc sistemində yaranmış nasazlıq olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG