Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 16:47

Böyük 8-lər İranı danışıqlara dönməyə çağırıblar


Böyük 8-lər ölkələrinin liderləri iyunun 26-da Kanada sammitində beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Onlar bu yaxınlarda Cənubi Koreya gəmisinin batmasıyla nəticələnmiş insidentə görə Şimali Koreyanı kəskin pisləyiblər.

Liderlər eyni zamanda İranı nüvə proqramıyla bağlı beynəlxalq aləmlə əməkdaşlıq etməyə və insan haqlarına hörmətlə yanaşmağa çağırıblar.

Böyük 8-lər həmçinin Əfqanıstan rəhbərliyini yaxın 5 il ərzində ölkəyə nəzarəti ələ ala bilmək üçün milli təhlükəsizlik qüvvələrinin imkanlarını artırmağa çağırıblar.

Bu ölkələrin yaydıqları birgə bəyanatda həmçinin Qəzzə bölməsində vəziyyətin yolverilməz olduğu bildirilir.
XS
SM
MD
LG