Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:15

Çin prezidenti amerikalı həmkarının dəvətini qəbul edib


Çin prezidenti Hu Çintao amerikalı həmkarı Barak Obamanın Birləşmiş Ştatlara dəvətini qəbul edib.

Ağ evdən verilən məlumata görə liderlər hələlik səfərin vaxtını dəqiqləşdirməyiblər.

Dəvət böyük 20-lər ölkələrinin Kanadada keçirilən sammiti çərçivəsində edilib.

Hu Çintau bildirib ki, onun ölkəsi Birləşmiş Ştatlarla daha yaxından əməkdaşlıq etmək fikrindədir və artıq bu sahədə real irəliləyiş var.

İranın nüvə proqramı ilə bağlı Çinlə Birləşmiş Ştatlar arasındakı narazılıq hələ ki,tam aradan götürülməyib.

XS
SM
MD
LG