Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:03

AŞPA-nın yay sessiyası başa çatdı


Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başa çatıb.

Sessiyasının sonuncu iclasında rusiyalı deputatın hazırladığı “Planetimizin gələcəyi olan meşələr” məruzəsinin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyəti Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın flora və faunasına vurulmuş ziyan məsələsini qaldırıb. Qeyd edilib ki, Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində güclü yanğınlar törətməkdə davam edir.

Çıxış edən digər deputatlar da problemin Avropa Şurasının nəzarətində saxlanılmasının vacibliyini vurğulayıblar.

Sessiyanın sonuncu günündə qurumun Büro iclasında Dağlıq Qarabağ üzrə alt komitə ilə bağlı müzakirələr keçirilib. AŞPA-nın sədri Mövlud Çavuşoğlu Büroya Dağlıq Qarabağ üzrə alt komitə ilə bağlı hesabat, iyunun 23-də Azərbaycan və Ermənistan nümayəndə heyətləri ilə keçirilmiş görüşün detalları barədə məlumat verib. Alt komitənin fəaliyyətinin Büronun növbəti toplantısında müzakirəsi vacib sayılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG