Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:48

Yaraqlılar 4 milis öldürüblər


Şimali Qafqaz rəsmiləri deyir ki, axır iki gündə yaraqlılar 4 Rusiya milisini öldürüblər.

Daxili İşlər Nazirliyi deyir ki, hadisələrdən biri Dağıstanda meşədə baş verib – atışma zamanı bir milis öldürülüb.

Dağıstanda başqa bir milis də maşınında işdən qayıdarkən güllələnib.

İnquşetiyada bir milisin maşını parladılıb, milis əməkdaşı hadisə yerindəcə keçinib.

Kabardino Balkariyada isə naməlum şəxslər iki milisi güllələyiblər, onların birinin həyatını xilas etmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG