Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:45

Polis 5 homoseksualı həbs edib


Rusiyanın Sankt-Peterburq şəhərində 5 homoseksual həbs edilib, onlar şəhərdə - Ermitaj muzeyi qarşısında icazəsiz aksiya keçirmək istəyən geylər və lesbiyanlardan olublar.

Aksiyanın təşkilatçılarından biri Maria Yefremenkova Röyters agentliyinə deyib ki, Rusiya hökuməti homoseksualların hüquqlarını müdafiə etmək üçün heç bir iş görmür.

Artıq dördüncü dəfədir ki, homoseksualların şəhərdə aksiya keçirməsinə icazə verilmir.

Rusiya homoseksuallığa görə cəzanı Cinayət Məcəlləsindən çıxarsa da, belə şəxslər onlara dözümlü yanaşılmadığını bildirirlər.
XS
SM
MD
LG