Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:19

Məktəb kitabxanasında homoseksual ədəbiyyat


"Christian Science Monitor" qəzeti yazır ki, on il əvvəl bir çox Amerika məktəb kitabxanalarında, kitab mağazalarında homoseksual qəhrəmanları olan kitablara rast gəlmək olmazdı.

Amma bu gün bu mövzulu televiziya verilişlərindən, filmlərindən sonra estafeti kitablar alıb.

Bu kitablarda söhbət homoseksual məhəbbətdən getmir, sadəcə əsər qəhrəmanları arasında müxtəlif oriyentasiyalı adamlar olur – həyatdakı kimi.

“Uşaqlar indi daha çox “Vill və Grace”dən danışır”, -deyə orta məktəb kitabxanalarının birinin kitabxanacısı “Associated Press”ə deyib.

Bu həftə Nyu-Yorkda “homoseksualların bayram həftəsonu” çərçivəsində Borders Time Uorner mərkəzində geylər haqda kitabların təqdimatı keçirilib.

Homoseksuallardan yazan yeddi gənc yazar da tədbirə qatılıb.

Onlardan biri, bestseller - ən çox satılan kitablar arasında liderliyi qazanmış “Vill Qreyson, Vill Qreyson” kitabının həmmüəllifi David Levitan olub.

Əsərin digər müəllifi Jon Grendir.

Bu bahar “Nyu-York Times”ın uşaq bestsellerləri siyahısında debüt edən "Will Grayson, Will Grayson" əsəri biri normal, digəri homoseksual oriyentasiyalı iki yeniyetmənin əhvalatından danışır.

Kitab Tvitter sosial şəbəkəsində ən çox müraciət olunan mövzulardandır.

Green “Associated Press” agentliyinə müsahibəsində deyir:

“Will Grayson, Will Grayson” əsəriylə “Nyu-York Times”ın siyahısında yuxarı yerlərdən birini tutmaqla biz uşaq nəşri dünyasına göstərdik ki, homoseksuallardan danışan əsərlər yalnız kommersiya uğuru qazanmaq üçün deyil”.

Homoseksuallar heç də həmişə baş qəhrəman olmurlar.

“Arçi Komiks” şirkəti bu yaxınlarda elan edib ki, populyar Veronika Komiksinin 202-ci buraxılışında hadisələrin cərəyan etdiyi Riverdeyl kollecində yeniyetmə gey də olacaq. Amma Kevin sadəcə kütlədən biri olacaq.

Romantik, fentezi və paranormal janrda yazılmış kitablarda da artıq gey qəhrəmanları tapmaq olar.

Məktəb kitabxanaçıları belə kitablar barədə nə düşünür?

Levithan bildirir ki, “məktəb kitabxanalarının qey movzulu kitablar almasına müqavimət yoxdur”.

O deyir ki, bir çox məktəb kitabxanaçıları müxtəlif zövqlərə malik şagirdlərin oxuya marağını artırmaq üçün bu səpkidə kitablarla təmin olunma tələbini müdafiə edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG