Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 04:41

Azərbaycan ordusu hansı vəziyyətdədir?


Emin Həsənli və Ələkbər Məmmədov
Emin Həsənli və Ələkbər Məmmədov
Bu suala «Panorama» verilişində Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov və Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli cavab verib. Onlar Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü - iyunun 26-da ordunun vəziyyətini dəyərləndiriblər.

ƏLƏKBƏR MƏMMƏDOV:

«Bayram günü imkan daxilində daha xoş fikirlər səsləndirilməlidir. Ancaq mən təəssüflə bir iki məsələnin üzərində dayanmaq istərdim. Korrupsiya Azərbaycan ordusundan da yan keçməyib. Nizamnamədən kənar hərəkətlər, cəzasızlıq orduda baş alıb gedir. Şikayətlərə isə ya baxılmır, ya da baxılanda məsuliyyət sıravi heyətin üzərinə atılır. İndi bəzi hərbi hissələrdə hərbi xidməti başa vuran əsgərlərin dilindən izahat alınır ki, onlar orada baş verən özbaşınalıqlardan sonralar danışmasınlar. Sıravi heyətdən tez-tez pul yığılır, verməyənlərə min-bir problem yaradırlar. Hansı əsgərin pulu var tapşırıqlardan, yəni naryaddan azad edilir. Kimin pulu yoxdursa, bütün xidmətini naryadda keçirir…

EMİN HƏSƏNLİ:

«Mən Ələkbər Məmmədovun fikirləri ilə razılaşmıram. Deyir orduda cəzasızlıq baş alıb gedir. Ancaq hərbi prokurorluq özbaşınalıq hallarına görə kimi cəzalandırırsa, sonradan Ələkbər Məmmədov kimi QHT təmsilçiləri həmin şəxsin müdafiəsinə qalxır. Hərbi xidməti bitirən insanların dilindən izahat alınması ilə bağlı deyilənlər də həqiqətə uyğun deyil. Birdə biz azad cəmiyyətdə yaşayırıq. Kimsə hərbi hissədə o tip izahat veribsə də, sonradan o sənədin heç bir hüquqi çəkisi olmayacaq. Çünki bu, qeyri-qanuni bir əməldir. Azərbaycan ordusu getdikcə güclənir. Hərbi büdcənin artırılması da bunun sübutudur. İndi Azərbaycan ordusu Cənubi Qafqazın ən peşəkar ordusudur…».

ƏLƏKBƏR MƏMMƏDOV:

«Mən indi cəbhədə atəşkəsin pozulmasına Rusiyanın əməli kimi baxıram. Biz heç vaxt Rusiyaya arxayın olmamalıyıq. Dağlıq Qarabağ münaqişəsinin həll etmək istəyiriksə, əslində güclü, demokratik cəmiyyət yaratmalıyıq. Büdcəni artırmaqla peşəkar ordu yaradılmır. Bundan ötrü NATO standartlarına cavab verən ordu qurulmalıdır…».

EMİN HƏSƏNLİ:

«Azərbaycan heç kimə yox, öz iqtisadiyyatına, öz ordusuna arxalanır. Türkiyə həm demokratik ölkədir, həm də NATO-nun üzvüdür. Ona yaradılan problemləri də görürük. Bununla belə biz də NATO ilə əməkdaşlığın tərəfdarıyıq. Bu elə yeni qəbul edilən doktrinada da öz əksini tapıb…».

XS
SM
MD
LG