Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:49

Su tələbi ilə Bakıda yolu bağladılar


Təqribən bir saatdan sonra polis aksiyanı dağıdıb, xəsarət alan olmayıb

Təqribən bir saatdan sonra polis aksiyanı dağıdıb, xəsarət alan olmayıb

İyunun 26-da saat 2 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsinin Əkrəm Cəfərov, İnşaatçılar, Yaqub Əliyev, Novruz və başqa (cəmi səkkiz) küçələrində yaşayan sakinlər Qaraçuxur qəsəbəsi ilə Bakıxanov qəsəbəsinin qovuşmasındakı yolu bir saata yaxın bağlayıblar.

Sakinlər evlərinə bir aydan çox, bəzi yerlərdə isə iki aydan da çox müddətdir ki, su verilməməyinə etiraz edirlər.

Aşıq Vəli küçəsi 1 ünvanında yaşayan Xatın Məmmədova:

«Hara baxır bu dövlətin başçısı? Belə zülm olmaz!!! Su İdarəsi bizə su maşını göndərib ki, 50 manat verin su alın. Mən haradan alım 50 manatı. 80 manat pensiya alıram».

Təqribən bir saatdan sonra polis aksiyanı dağıdıb, yolu açıb, xəsarət alan olmayıb.

İş günü olmadığından cavabdeh qurumlar hələ ki, telefon zənglərimizə cavab vermirlər.

Aksiyadan görüntülərə burada baxa bilərsiniz.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG